Xaçmazda Vətən müharibəsi iştirakçısı qəzada dünyasını dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda Vətən müharibəsi iştirakçısı qəzada dünyasını dəyişib

1news Redaksiyası15:00 - Bu gün
Xaçmazda Vətən müharibəsi iştirakçısı qəzada dünyasını dəyişib

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Xudat-Yalama avtomobil yolunun rayonun Ləcət kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində sürücü, Ləcət kənd sakini Muradxanov Asim Rüfət oğlu hadisə yerində ölüb. Avtomobildə olan digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd edək ki, Asim Muradxanov Vətən müharibəsi iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
41

Son xəbərlər

Bütün xəbərlər