2026-cı ilin 9 ayında Azərbaycan keçən nəqliyyat dəhlizləri ilə daşınan yükün həcmi açıqlandı

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın ərazisindən keçən nəqliyyat dəhlizləri ilə ümumilikdə 25 milyon 942,4 min ton yük daşınıb.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində yük daşımalarına dair məlumatında bildirilib.
Qeyd olunub ki, hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 12 milyon 81,7 min ton, dəniz nəqliyyatı ilə 5 milyon 370,1 min ton, avtomobil nəqliyyatı ilə isə 8 milyon 490,6 min ton yük daşınıb.
Yük daşımalarının 447 min tonu Cənub-Qərb, 3 milyon 886,9 min tonu Şimal-Qərb, 6 milyon 867,2 min tonu Şimal-Cənub, 14 milyon 741,3 min tonu isə Şərq-Qərb nəqliyyat dəhlizinin payına düşüb. Şərq-Qərb dəhlizi üzrə daşımaların 7 milyon 507,2 min tonu Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi vasitəsilə həyata keçirilib.
Məlumata görə, dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin 47 faizini, avtomobil nəqliyyatı ilə daşınan yüklərin isə 46,6 faizini tranzit yüklər təşkil edib.











