Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib - FOTO

1news Redaksiyası10:10 - Bu gün
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüşdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-leytenant" və "general-mayor" ali hərbi rütbələrinin verilməsi haqqında Prezidentin 7 noyabr 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə rütbələr təqdim edilib.

General-polkovnik Z.Həsənov Ali Baş Komandanın təbrikini hərbi qulluqçulara çatdırıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Təltif olunan zabitlər öz növbələrində göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Paylaş:
39

Son xəbərlər

Bütün xəbərlər