Ukrayna ordusu Krım körpüsünə ikinci dəfə hücum etdi - Hərəkət tam dayandırıldı

Ukrayna ordusu Krım körpüsünə qanadlı raketlə zərbə endirib.
1news.az xəbər verir ki, FP-5 "Flamingo" qanadlı raketi ilə noyabrın 17-nə keçən gecə həyata keçirilən hücum nəticəsində körpüyə ciddi ziyan dəyib.
Bildirilib ki, körpünün yol hissəsi də daxil olmaqla, konstruksiyalarında ciddi dağıntılar yaranıb. Teleqram kanalları körpünün tağlarından birinin uçduğunu əks etdirən görüntülər yayıblar.
Rusiya Nəqliyyat Nazirliyi nəqliyyat vasitələrinin və qatarların hərəkətinin tamamilə dayandırıldığını təsdiqləyib. Hazırda mütəxəssislər körpüdə yoxlama aparır və dəymiş ziyanın həcmini qiymətləndirirlər.
Qeyd edək ki, Ukrayna ordusu noyabrın 16-da da Krım körpüsünə dronlarla hücum etmişdi. Həmin vaxt zərərin az olduğu açıqlanmışdı.











