Çexiyanın paytaxtında qatar qəzası: 46 yaralı var | 1news.az | Xəbərlər
Dünya

Çexiyanın paytaxtında qatar qəzası: 46 yaralı var

Qafar Ağayev17:29 - Bu gün
Çexiyanın paytaxtında qatar qəzası: 46 yaralı var

Çexiyanın paytaxtı Praqada səhər saatlarında iki sərnişin qatarı toqquşub.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, şəhərin əsas dəmir yolu vağzalı yaxınlığında baş verən qəza nəticəsində 46 nəfər xəsarət alıb, yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.

Praqanın Yanğınsöndürmə Xidmətinin sözçüsü Miroslav Rezak xəsarət alanların sayının çox olmasına baxmayaraq, toqquşmanın miqyaslı dağıntılara səbəb olmadığını vurğulayıb. Onun sözlərinə görə, qəza baş verən zaman qatarlar aşağı sürətlə hərəkət edib.

Hadisədən sonra qatar reyslərində gecikmələr qeydə alınıb, bəzi qatarlar isə alternativ marşrutlara yönləndirilib.

Paylaş:
39

Son xəbərlər

Bütün xəbərlər