24 saylı Nizami 1-ci seçki dairəsindən parlament seçkilərində namizədliyini ilk dəfə irəli sürən Könül Nurullayevanı yaxından tanıyaq – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

24 saylı Nizami 1-ci seçki dairəsindən parlament seçkilərində namizədliyini ilk dəfə irəli sürən Könül Nurullayevanı yaxından tanıyaq – FOTO

11:30 - 27 / 01 / 2020
24 saylı Nizami 1-ci seçki dairəsindən parlament seçkilərində namizədliyini ilk dəfə irəli sürən Könül Nurullayevanı yaxından tanıyaq – FOTO

Bu il fevralın 9-da keçiriləcək parlament seçkiləri Azərbaycanın müasir tarixində xüsusi yer tutacaq.

Hər birimiz qarşıdakı seçkilərə həmişəkindən daha ciddi yanaşmalı və fəal iştirak etməliyik. Əgər gələcək nəslə güclü, inkişaf etmiş, iqtisadi cəhətdən dayanıqlı, ictimai-siyasi baxımdan müasir və sabit dövlət ötürmək istəyiriksə, ilk növbədə, düzgün seçim etməliyik.

24 saylı Nizami 1-ci seçki dairəsindən parlament seçkilərində ilk dəfə iştirak edən gənc nəslin nümayəndəsi Könül Nurullayeva da məhz bu məqsədlə və bu istəklə seçkilərə qatılmaq qərarına gəlib. Gəlin, namizədimizi yaxından tanıyaq.

Könül Nurullayeva 1985-ci il dekabrın 1-də Bakı şəhərində anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsində “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alıb və 2009-cu ildə həmin ixtisas üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun dissertantıdır. 2019-cu ilin sentyabrından isə İsveçrənin Biznes Universitetində MBA proqramı üzrə təhsil alır.

Deputatlığa namizəd 2005-ci ildə  əsası qoyulan Azərbaycanın ən böyük gənclər təşkilatı sayılan "İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatının Məşvərət Şurasının üzvü, 2008-ci ildə İRƏLİ İctimai Birliyinin yenidən formalaşması üzrə Təşkilat Komitəsinin sədri və yeni qurumun İdarə Heyətinin üzvü olub. Azərbaycan Gənclər Parlamentinin ilk üzvlərindən biri olaraq aktiv şəkildə debatlarda iştirak edib.

2007-ci ildə Milli Olimpiya Komitəsinin əməkdaşı, 2009-cu ildə isə MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunan K.Nurullayeva həm də Azərbaycan Atletika Federasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. “Bakı-2020” Olimpiya Oyunlarına namizədliklə əlaqədar yaradılmış Təşkilat Komitəsinin və “Bakı-2017” İslam Həmrəyliyi Oyunları namizədlik komitəsinin İcraçı Direktoru kimi beynəlxalq Olimpiya hərəkatında ən gənc xanım rəhbər olaraq adını tarixə yazdırıb.

O, Pekin Olimpiya oyunlarında (2008-ci il) nümayəndə heyətinin rəhbərinin köməkçisi, London Olimpiya oyunlarında (2012-ci il) Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, eləcə də 2010-cu il Vankuver və 2014-cü il Soçi Qış Olimpiadalarında nümayəndə heyətinin rəhbəri olaraq Azərbaycanla yanaşı, beynəlxalq Olimpiya hərəkatının tarixində də ən gənc xanım missiya rəhbəri kimi iz qoyub.

K.Nurullayeva “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin xüsüsi məsləhətçisi və Direktorlar Şurasının üzvü olmaqla 56 medal qazanaraq 2-ci yeri tutmuş Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.

2013-cü ildə Avropa Olimpiya Komitəsinin “Qadın və İdmanda Bərabərlik” komissiyasının üzvü seçilən K.Nurullayeva ölkəmizi Avropa Olimpiya strukturlarında təmsil edən ilk xanım olub. O, elə həmin il 5 qitəni və özündə 206 Olimpiya Komitəsini birləşdirən Milli Olimpiya Komitələri Assosiasiyasına Avropa qitəsini təmsil etmək üçün seçilən ilk azərbaycanlı xanım funksionerdir.

Amma bu istiqamətdə fəaliyyətində başqa birinciliklər də var. 2013-cü ildə Könül xanım 57 islam ölkələrinin birləşdiyi, Beynəlxalq Olimpiya Komitəsindən sonra dünyanın 2-ci ən böyük idman qurumu sayılan İslam Həmrəylik İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinə bu təşkilatın tarixində seçilən ilk xanım nümayəndədir.

Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev 4-cü İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb. Həmin mötəbər komitənin katibi təyin edilməsi isə Könül Nurullayevanın bacarığının necə geniş və çoxşaxəli olmasının təsdiqi və göstəricisi idi. O, eyni zamanda İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin”Milli Olimpiya Komitələri ilə Əlaqələr” departamentinə rəhbərlik edib.

2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulan “Qadın və İdmanda Gender Bərabərliyi” komitəsinə rəhbər təyin olunub, İHİF tərəfindən 2021-ci ildə İstanbulda keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Şurasına üzv seçilib.

Ailəlidir, 1 övladı var.

Könül Nurullayevanın parlament seçkilərində iştirak etməsi və millətin vəkili olmaq arzusu təsadüfi deyil. Ölkə üçün mühüm və bir sıra beynəlxalq təşkilatlarda müxtəlif layihələri uğurla icra edən Könül Nurullayeva doğma xalqına, bütün varlığı ilə bağlandığı, ürəkdən sevdiyi millətinə daha geniş müstəvidə kömək etmək istəyir. Bunu namizədin seçki platformasına nəzər yetirməklə başa düşmək olar. Bura əsasən daxildir:

- Ərazi üzrə infrastukturun yaxşılaşdırılması işlərinin davam etdirilməsi, o cümlədən problemli sahələrə aidiyyati orqanlar tərəfindən diqqətin ayrılması;

-Əhalinin sosial-istisadi problemlərinin həlli istiqamətində dövlət strukturları və özəl sektorla birlikdə işləyərək müxtəlif tədbirərin, layihələrin həyata keçilirilməsi;

- Bakının əsas sənaye zonası hesab olunan Nizami rayonunun iqtisadi və sənaye potensialının artırılması;

- Nizami rayonunun ekoloji vəziyyətinin yaxşılaşdırılması;

- Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi;

- İctimai və dövlət maraqlarının qorunması;

- Seçicilərin müxtəlif xarakterli müraciətlərinin, problemlərinin daha rahat şəkildə, maneəsiz qeydiyyatı və həlli üçün şəraitin yaradılması;

İdman sahəsində böyük təcrübəyə malik Könül Nurullayeva uşaqlar üçün idman meydançalarının qurulmasını, əhalinin sağlam həyata önəm verməsi naminə müxtəlif tədbirlər keçirilməsini vacib sayır. Azərbaycan əhalisinin 60 faizini gənclərin təşkil etdiyini nəzərə alan namizədin seçki platformasında gənclər üçün sabit və perspektivli gələcək qurmaq istiqamətli müxtəlif layihələr də nəzərdə tutulub. Könül Nurullayeva parlamentə seçildikdə təqaüdçülərin, az təminatlı və sosial cəhətdən əziyyət çəkən ailələrin, müharibə veteranlarının, eləcə də fiziki qüsurlu vətandaşların həyatının asanlaşdırılması yönündə səylə çalışmaq arzusundadır.

Millət vəkili seçilərsə, Könül Nurullayeva ölkəmizin ən yaralı yeri olan Dağlıq Qarabağ münaqişəsi haqda düzgün məlumatların dünya ictimaiyyətinə çatdırılmasını, erməni yalanlarının ifşa edilməsini ən mühüm və ən ümdə vəzifələrindən biri hesab edir.

Gördüyü hər bir işə könül verən K.Nurullayeva Nizami rayonundan olan seçicilərinin, sosial mənsubiyyətindən asılı olmayaraq - istər müəllim olsun, istər həkim, yaxud sahibkar, dövlət qulluqçusu və ya idmançı - problemlərinin həlli üçün səylərini əsirgəməyəcəyini vəd edir. Bu siyahıda əlillər, şəhid ailələri, sosial təminatı aşağı olan ailələr xüsusi yer tutur.

Seçkilərdə bitərəf namizəd kimi iştirak edən Könül xanım xalqının layiqli övladlarından, ən ləyaqətli qızlarından biridir. Onun 9 fevral parlament seçkilərinə qatılmasında yalnız bir məqsədi var – bundan sonra da Azərbaycan xalqına vicdanla xidmət edib sözün əsl mənasında millətin vəkili olmaqdır.

Parlament seçkilərinə namizədliyini irəli sürən Könül Nurullayeva haqqında daha ətraflı məlumatla bu linkə daxil olaraq tanış ola bilərsiniz.

https://m.facebook.com/nurullayevakonul/

https://instagram.com/konulnurullayeva.official?igshid=s8woq6tzq4lt

https://www.youtube.com/channel/UC-vU4BfygJt7FlUVZTB_6cA

Paylaş:
1430

Son xəbərlər

Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18
Bütün xəbərlər