80 dövlət əmlakı hərraca çıxarılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

80 dövlət əmlakı hərraca çıxarılacaq

17:24 - 24 / 06 / 2019
80 dövlət əmlakı hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təşkil etdiyi növbəti hərraclardan biri iyulun 23-də keçiriləcək.

ƏMDK-dan 1news.az-a verilən məlumata görə, komitə tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsində müasir üsulların tətbiqi hər kəsin prosesdə iştirakına şərait yaradır. Onlayn formada seçim, sifariş prosedurları və elektron hərrac sisteminin tətbiqi ilə investorlar olduğu məkandan hərraca qoşula bilir. Bu imkanlar özəlləşdirməyə marağı artırmaqla yanaşı, vaxta qənaəti, hərraclarda şəffaf mühiti və rahat iştirakı təmin edir.

İyuldakı hərraca ümumilikdə 80 dövlət əmlakı çıxarılıb. Hərracda investorlar 31 kiçik dövlət müəssisəsi və obyekti, 16 səhmdar cəmiyyəti, 29 nəqliyyat vasitəsi və 4 qeyri-yaşayış sahəsi üzrə seçim edə bilər. Respublikanın müxtəlif regionlarında yerləşən kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 7,5 kvadratmetr və 9,2 min kvadratmetr arasındadır. Obyektlərin qiymət intervalı üzrə də fərqlənməsi hər bir potensial investor üçün uyğun seçim imkanları yaradır. Qəbələ rayonu, Çuxur Qəbələ kəndindəki Anbar binasının ümumi faydalı sahəsi 78 kvadratmetrdir. Bu dövlət əmlakını hazırki fəaliyyət sahəsi ilə yanaşı, digər istiqamətdə xidmət obyekti kimi istifadə etmək mümkündür.

Hərraca çıxarılan qeyri-yaşayış sahələri Bakı, Gəncə, Beyləqan və Abşeronda yerləşir. Xidmət və ofis obyekti kimi istifadəyə imkan verən dövlət obyektlərindən biri Gəncə şəhərindədir. Ümumi faydalı sahəsi 47 kvadratmetr olan qeyri-yaşayış sahəsinin ilkin hərrac qiyməti 7 min manatdır.

Budəfəki hərracda investorlar səhmdar cəmiyyətlərinin 30-45 faizlik səhm paketləri üzrə seçim edə bilər. “Yevlax yun”, “Daşkəsən Aqrotexservis”, “Salyan Kəndkimya” kimi səhmdar cəmiyyətləri müxtəlif şəhər və rayonlarda yerləşir.

Avtomobil almaq arzusunda olan şəxslərə isə istehsal ili 1995-2008-ci illər olan nəqliyyat vasitələri təklif olunur. Bu növ dövlət əmlakları “Hyundai”, “Chevrolet”, “Daewoo” və digər markalara aiddir, ilkin hərrac qiymətləri isə 1000 manat ilə 6 min manat arasındadır.

Hərraclara çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə etmək və sifariş vermək üçün Özəlləşdirmə portalı (privatization.az) və ya komitənin rəsmi saytına (emdk.gov.az) daxil olmaq kifayətdir.

1news.az

Paylaş:
656

Son xəbərlər

QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub07 / 05 / 2024, 17:50Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb07 / 05 / 2024, 17:49Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib07 / 05 / 2024, 17:46Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib07 / 05 / 2024, 17:34Novruz Məmmədov vəzifəsindən azad edildi07 / 05 / 2024, 17:31Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi07 / 05 / 2024, 17:26Bakıda qaçırdığı avtomobillə yol qəzası törətmiş yeniyetmə saxlanılıb - FOTO - VİDEO07 / 05 / 2024, 17:12Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib07 / 05 / 2024, 17:09Bakıda iaşə obyektindəki hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi olmayıb - AQTA-dan açıqlama - YENİLƏNİB07 / 05 / 2024, 16:45Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir07 / 05 / 2024, 16:42Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb07 / 05 / 2024, 16:26İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB07 / 05 / 2024, 16:12“EFES - 2024” təliminə cəlb edilən Azərbaycan Ordusunun növbəti heyəti Türkiyəyə yola düşüb - VİDEO07 / 05 / 2024, 16:08Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib07 / 05 / 2024, 16:04Sumqayıtda təhsil müəssisəsində 250 min manatdan artıq pul vəsaiti mənimsənilib07 / 05 / 2024, 15:59İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB07 / 05 / 2024, 15:47Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib07 / 05 / 2024, 15:38Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib07 / 05 / 2024, 15:26Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - Faktiki hava07 / 05 / 2024, 15:19Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb07 / 05 / 2024, 14:59
Bütün xəbərlər