Novruz Məmmədov vəzifəsindən azad edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Novruz Məmmədov vəzifəsindən azad edildi

Qafar Ağayev17:31 - 07 / 05 / 2024
Novruz Məmmədov vəzifəsindən azad edildi

Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədov vəzifəsindən azad edilib.

1news.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” feysbuk səhifəsi məlumat yayıb.

Qeyd edək ki, o, 2019-cu ildən ADU-nun prorektoru idi.

Xatırladaq ki, 77 yaşlı Novruz Məmmədov uzun illər Prezident Administrasiyasında şöbə müdiri çalışıb. 2018-2019-cu illərdə isə Baş nazir vəzifəsini icra edib.

Paylaş:
263

Son xəbərlər

Bütün xəbərlər