Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Qafar Ağayev17:09 - 07 / 05 / 2024
Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında (MR) rəsmi səfərdədir.

1news.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 101 illiyi və Naxçıvan MR-in 100 illiyi ilə bağlı olaraq mayın 7-də Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası (NMRVK) tərəfindən ARVK-nın rəhbərliyinin iştirakı ilə Naxçıvan şəhər Vəkil Bürosunda (VB) pulsuz hüquqi yardım aksiyası keçirilib.

Aksiyadan əvvəl nümayəndə heyəti NMRVK-nın inzibati binasında son illər yaradılmış şərait ilə tanış olub. Sonra vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin, müvafiq yazılı ərizələr tərtib olunub və digər hüquqi yardımlar göstərilib. Müraciətlərin əksəriyyəti inzibati işlər, inzibati cərimələr, mülkiyyət hüququ, ailə münasibətləri, əmək mübahisəsi və digər sosial məsələlərlə bağlı olub.

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin 101 illiyi və Naxçıvan MR-in 100 illiyi ilə bağlı olaraq Şərur rayon VB-nin inzibati binasında da pulsuz hüquqi yardım aksiyası keçirilib.

Qeyd edək ki, ARVK-nın sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində sədr müavinləri - Pərviz Ələkbərov, Şahmar Məmmədov, Rəyasət Heyətinin üzvləri - Dilarə Əfrasiyabova, Lalə Nağıyeva, İlhamə Həsənova, Elçin Usub, Azər Quliyev, Baş katib Bayram Orucov, Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev, “Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev, həmin Komitənin üzvü İlham Hüseynov, o cümlədən III "Yüksəliş" müsabiqəsinin qalibi İbrahim Məmmədzadə təmsil olunub.

Paylaş:
162

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər