İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB

16:12 - 07 / 05 / 2024
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə geniş tərkibdə görüşü keçirilib.

1news.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar.

Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Bu, Sizin birinci səfərinizdir, əminəm ki, səfər çox uğurlu keçəcək.

Biz indi təkbətək görüşdə bir çox önəmli məsələləri müzakirə etdik. Slovakiya-Azərbaycan əlaqələrinin perspektivləri haqqında fikir mübadiləsi apardıq və biz bir fikirdə həmrəyik ki, bu əlaqələrin çox gözəl gələcəyi var. Həm siyasi, həm iqtisadi, enerji, sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivləri çox müsbətdir.

Mən hesab edirəm ki, Sizin səfəriniz əlaqələrimizin yeni səhifəsini açacaq. Çünki bu gün müzakirə edilən məsələlərin əhatə dairəsi o qədər genişdir ki, bu məsələlərin həlli bizim münasibətlərimizi çox yüksək səviyyəyə qaldıracaqdır.

Eyni zamanda, bu gün bundan bir qədər sonra biz Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayacağıq. Bu da çox ciddi siyasi sənəddir, faktiki olaraq münasibətlərimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir. Sənədin özü və onun məzmunu təbii ki, bizim niyyətimizi göstərir, bir-birimizə olan hörməti, qarşılıqlı dəstəyi göstərir.

İndi biz nümayəndə heyətlərinin iştirakı ilə müzakirələrimizi davam etdirəcəyik. Əminəm ki, əldə ediləcək razılaşmalar vaxtlı-vaxtında icra olunacaq və beləliklə, bizim əməkdaşlığımız daha sürətlə inkişaf edəcək.

Bir daha xoş gəlmisiniz.

x x x

Slovakiyanın Baş naziri Robert Fitso dedi:

- Hörmətli Prezident.

Hörmətli qonaqlar və dostlar.

Bizi qəbul etdiyiniz üçün və ölkənizə xas ənənəvi qonaqpərvərliyinizə görə bütün Slovakiya nümayəndə heyəti adından Sizə minnətdarlığımı bildirirəm.

Hörmətli cənab Prezident, bu yaxşı haldır ki, biz artıq konkret layihələr barədə danışmağa hazırıq və indi bu mövzuları müzakirə edirik.

Hörmətli cənab Prezident, çox təfərrüata varmadan deyə bilərəm ki, bizi birləşdirən məfhumlar, birgə məqamlar çoxdur. Avropa İttifaqına üzv ölkə olmağımıza baxmayaraq, bizi birləşdirən praqmatik yanaşmadır. Bizi birləşdirən suveren xarici siyasətdir, o siyasət ki, Siz də həyata keçirirsiniz və biz də buna çalışırıq. Eyni zamanda, bizi o fakt birləşdirir ki, biz dünyaya hər dörd istiqamətdə baxırıq, yalnız Qərb və ya bir istiqamətdə köklənmirik. Biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq. Əlbəttə ki, başqalarının işlərinə müdaxilə olunmaması, ərazi bütövlüyünün aliliyi bizim üçün ən başlıca amillərdir.

Cənab Prezident, Sizi yenidən seçilməyiniz münasibətilə təbrik edirəm. Bu, Sizin beşinci prezidentliyinizdir. Bu, çox mühüm bir nailiyyət və uğurdur. Eyni zamanda, Sizi ölkənizdə aydın görünən tərəqqi münasibətilə təbrik edirəm.

Ərazi bütövlüyünün bərpası məsələsinə gəldikdə, Siz dünyanın digər bölgələri üçün nümunəsiniz. Məncə, bu, ən yüksək səviyyədə qiymətləndirilməlidir.

Cənab Prezident, Sizi Slovakiyada görməyimizə çox şad olardıq. Siz sadəcə tarixi seçin və özünüzlə ən böyük nümayəndə heyəti gətirin, işgüzar dairələri cəlb edin. İnanıram ki, müzakirə etməyə mövzularımız çox olacaq. Çünki bir az bundan öncə müzakirə etdiyimiz məsələlər onu nümayiş etdirir ki, perspektivlər çox böyükdür.

12:54

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyanın Baş naziri Robert Fitso ilə geniş tərkibdə görüşü başa çatıb.

1news.az bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

***

12:14

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb.

Paylaş:
450

Son xəbərlər

İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıb - VİDEOBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50
Bütün xəbərlər