ABŞ-ın NATO-dakı səfiri: “Münaqişə Azərbaycanın sərhədləri və suverenliyi çərçivəsində həll olunmalıdır” | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın NATO-dakı səfiri: “Münaqişə Azərbaycanın sərhədləri və suverenliyi çərçivəsində həll olunmalıdır”

14:42 - 22 / 10 / 2020
ABŞ-ın NATO-dakı səfiri: “Münaqişə Azərbaycanın sərhədləri və suverenliyi çərçivəsində həll olunmalıdır”

“Dağıq Qarabağ münaqişəsi 30 ildir ki, irinləyir. ABŞ, Rusiya və Fransadan ibarət ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin ilkin mərhələsinə qayıtmasını arzu edirlər. Hansı ki, orada Azərbaycanın suveren sərhədləri var və erməni əhali bu sərhədlər çərçivəsində yaşayırlar. Bu, razılaşdırıla və o zaman münaqişə başa çata bilər”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison deyib.

“Bu müddətdə biz hər iki tərəfi cəsarətləndiririk və mən inanıram ki, hər iki ölkənin Xarici İşlər nazirləri Vaşinqtonda görüşəcəklər. Ən azından onların bu həftə Vaşinqtonda qarşıdurmanın dayandırılmasını müzakirə etmək üçün görüşməsi kimi bir plan var. Münaqişə Azərbaycanın sərhədləri və suverenlik məsələləri çərçivəsində həll olunmalıdır. Bu, bizim çalışdığımız məsələdir. Rusiya da, Fransa da bu istiqamətdə çalışır. Biz ümid edirik ki, onlar bu qrupla və ya onların hər ikisinin razılaşa biləcəyi istənilən qrupla razılıq əldə edəcəklər. Bu, bəhs etdiyimiz problemin həlli üçün etibarlı olardı. Beləliklə, bu ərazidə münaqişə həllini tapardı”, - deyə ABŞ-ın NATO-dakı səfiri qeyd edib.

1news.az

Paylaş:
377

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər