“Azərbaycan artıq tibbi maska idxalından asılı olmayacaq” - Prezident | 1news.az | Xəbərlər
Rəsmi

“Azərbaycan artıq tibbi maska idxalından asılı olmayacaq” - Prezident

17:00 - 06 / 04 / 2020
“Azərbaycan artıq tibbi maska idxalından asılı olmayacaq” - Prezident

Koronavirusla mübarizə başa çatandan sonra Azərbaycan artıq tibbi maska idxalından asılı olmayacaq.

1news.az xəbər verir ki, bunu aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edən Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib:

"Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi. Burada sahibkarların böyük rolu vardır, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərmişdir. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılmışdır və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək.

Bildiyiniz kimi, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq.

Eyni zamanda, bu gün Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Bu da qısa müddət ərzində ərsəyə gəlmiş bir məsələdir. Amma burada üstünlüyümüz ondan ibarət idi ki, ölkəmizdə bir neçə spirt zavodu var və bu spirt zavodlarında dezinfeksiya vasitələri istehsal edilməyə başlanmışdır və artıq satışa verilir. Beləliklə, mübarizəni daha da səmərəli şəkildə aparmaq üçün dəfələrlə qeyd olunub ki, vətəndaşlar daha da məsuliyyətli olmalıdırlar və şəxsi gigiyenasına fikir verməlidirlər. Ancaq bunu təmin etmək üçün vasitələr olmalıdır və bu gün bu vasitələr artıq bazara təqdim edilir - tibbi maskalar və dezinfeksiya vasitələri".

1news.az

Paylaş:
935

Son xəbərlər

Bakıda mənzildən meyit tapılıb09 / 05 / 2024, 18:06“Anadolu Ankası - 2024” təlimi davam edir - VİDEO09 / 05 / 2024, 17:37“Vətən naminə Tavuş” hərəkatının iştirakçıları İrəvana çatıb09 / 05 / 2024, 17:03Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - VİDEO09 / 05 / 2024, 16:34“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb - RƏSMİ09 / 05 / 2024, 16:27Xocalının Malıbəyli kəndində insana məxsus sümük fraqmentləri aşkar edilib09 / 05 / 2024, 15:54Azərbaycan Türkiyə ilə KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalayıb09 / 05 / 2024, 15:22Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olub09 / 05 / 2024, 15:17Ordubadda qaya uçqunu baş verib - FOTO09 / 05 / 2024, 14:57Cəbrayıla ilin sonunadək yüzlərlə ailə köçürüləcək09 / 05 / 2024, 14:11İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik09 / 05 / 2024, 13:44Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunub09 / 05 / 2024, 13:31Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdır09 / 05 / 2024, 13:22Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”09 / 05 / 2024, 12:47Sabah Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq09 / 05 / 2024, 12:32Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilib09 / 05 / 2024, 12:26Sabah 25 dərəcə isti olacaq - Proqnoz09 / 05 / 2024, 12:09Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu - FOTO09 / 05 / 2024, 12:07İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verildi - ADLAR09 / 05 / 2024, 11:54Şahdağa qar yağıb - Faktiki hava09 / 05 / 2024, 11:22
Bütün xəbərlər