Azərbaycan İtaliyadan vətəndaşlarını təxliyyə edib – FOTO – VİDEO
İtaliyadakı Azərbaycan vətəndaşlarının vətənə geri qayıtmaları üçün martın 17-də Romadan birbaşa çarter reysi təşkil olunub.
Azərbaycanın İtaliyadakı Səfirliyə müraciət edən həmyerlilərimizin çox hissəsi ilə səfirlik əməkdaşları fərdi qaydada əlaqə saxlayaraq, onları ölkəyə qayıtmaları ilə bağlı məlumatlandırıb.
1news.az redaksiyasına aeroportdan kadrlar daxil olub. Kadrlarda əsasən tələbələrdən olan azərbaycanlıların Vətənə təxliyyə üçün çarter reysi üçün toplaşdıqlarını görmək olur.
Hazırda İtaliya dünyada koronavirusa yoluxan ölkələrdən ikincisidir. Ölkədə ümumilikdə 30 mindən çox yoluxma halı qeydə alınıb.
Martın 17-nə olan məlumata əsasən, əsasən, yeni koronavirusa (COVID-19) yoluxanlar 182 406 nəfər təşkil edir, onlardan 7 154 nəfəri vəfat edib, 79 433 isə sağalıb.
Ən çox epidemiyanın mərkəzi – Çində bu günə olan məlumata əsasən 81 050 nəfər infeksiyaya yoluxub. Onlardan 3 111 nəfəri ölümlə nəticələnib, 55 987 nəfər isə sağalıb.
S.Xankişiyeva