“Azərbaycan-Tümen” ikinci beynəlxalq onlayn B2B forumu keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərbaycan-Tümen” ikinci beynəlxalq onlayn B2B forumu keçirilib

15:45 - 22 / 05 / 2020
“Azərbaycan-Tümen” ikinci beynəlxalq onlayn B2B forumu keçirilib

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Tümen vilayətinin Qubernatorunun, “Opora Rossii”” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının və Caspian European Club-un dəstəyilə təşkil olunmuş “Azərbaycan-Tümen” ikinci beynəlxalq onlayn B2B forum çərçivəsində şirkətlərin COVİD-19 koronavirus pandemiyası dövründə qarşılaşdıqları məsələ və təkliflər, həmçinin post-pandemiya mərhələsində əməkdaşlığın fəallaşması imkanı öyrənilib.

“Azərbaycan-Tümen” beynəlxalq onlayn B2B forumunun moderatorları “Opora Rossii” təşkilatının vitse-prezidenti, Tümen vilayəti Dumasının deputatı Eduard Omarov və Caspian European Club və Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev olub.

“Bütün yeniliklər yaxşıca unudulmuş köhnələrdir. İlk telekörpü 1982-ci ildə təşkil edilmişdir. Bu günə kimi biz əyani görüş olmadan digər təşkilat və dövlətlərlə əməkdaşlığı təsəvvür belə edə bilmirdik. Bu gün isə sanki ilk telekörpülər dövrünə qayıtmışıq və yenidən onlayn ünsiyyət qurmağı, bunu səmərəli etməyi öyrənirik. Son iki ay ərzində onlayn formatda iş göstərdi ki, minimal xərclərlə yüksək nəticələr əldə etmək mümkündür”, - deyə forumda çıxış edən Eduard Omarov söyləyib.

Telman Əliyev operativliyə və əməkdaşlığa hazırlığa görə Tümen regionunun nümayəndələrinə və şəxsən Eduard Omarova minnətdarlığını bildirib. “Azərbaycan-Rusiya münasibətləri bu gün çox yüksək səviyyədədir və bu, ilk növbədə dövlət başçılarımızın işinin nəticəsidir. Biz ilk forumu Tümen vilayətinin Qubernatorunun iştirakı ilə keçirtdik və bununla kifayətlənməməyi qərara aldıq. Bu gün biz artıq daha geniş sahibkar auditoriyası ilə dialoq qura bilərik, onlayn format buna imkan verir. Ənənəvi konfranslarda yalnız özündən sağdakı və soldakı insanla ünsiyyət qurmaq imkanı olduğu halda, onlayn meydanda biz çat vasitəsilə istənilən iştirakçının əlaqələrini əldə edə və ünsiyyəti davam etdirə bilərik”, - deyə çıxışı zamanı Telman Əliyev qeyd edib.

“Mən konfransın yekununda iki istiqamət üzrə böyük perspektiv gördüm: birinci -neft sənayesi, kənd təsərrüfatı və turizm işi üzrə təcrübə mübadiləsi; ikinci – Tümen vilayəti ilə birgə müştərək müəssisə yaratmaq imkanı”, - deyə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin müavini Rüfət Atakişiyev söyləyib.

Tümen vilayəti Qubernatorunun müavini Andrey Pantelyeyev keçirilən tədbirlərin potensialını qiymətləndirərkən qeyd edib: “Tümen vilayəti hökuməti artıq çoxdandır ixracatın inkişafı məsələsi üzərində çalışır. Azərbaycanla ticarət münasibətlərində biz artıq 3 milyon dollardan artıq rəqəmi ötmüşük. Ticarət dövriyyəsinin inkişafı üçün imkanlar mövcuddur”.

İki saat davam edən “Azərbaycan-Tümen” ikinci beynəlxalq onlayn B2B forumu çərçivəsində müzakirələrə  həmçinin iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də qoşulublar.

Çıxışların sonunda fikir mübadiləsi aparılıb. Şirkətlərin top-menecerləri və nümayəndələri spikerlərə onları maraqlandıran suallar veriblər. Müzakirələrin hər ay iki-üç tərəfli formatda davam etdirilməsi qərara alınıb. “Opora Rossii” təşkilatı ilə birgə keçirilməsi planlaşdırılan növbəti beynəlxalq onlayn B2B forumu “Azərbaycan-Rusiya-Qazaxıstan” üçtərəfli əlaqələrə həsr olunacaq.

Caspian European Club tərəfindən yaradılmış beynəlxalq onlayn B2B forumu beynəlxalq biznes-netvorkinq üçün unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri biznesin inkişafı üzrə təklifləri ilə bölüşür və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatlarının müxtəlif sahələrinə aid şirkət rəhbərləri ilə yeni işgüzar əlaqələr qururlar.

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar iqlimin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqun stimullaşdırılmasından və bu dialoqlarda fəal iştirak etməkdən ibarətdir. Caspian European Club-un mənzil-qərargahı Bakıda yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

1news.az

Paylaş:
1188

Son xəbərlər

Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18
Bütün xəbərlər