Azərbaycan və Rusiya uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və Rusiya uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirir

17:20 - 18 / 02 / 2020
Azərbaycan və Rusiya uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirir

Fevralın 18-də "Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" FDUM-un baş direktoru İqor Moiseyenkonun başçılıq etdiyi heyətin Bakıya səfəri baş tutub.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, səfər çərçivəsində Rusiya nümayəndə heyəti həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyevlə görüş keçirib. İkitərəfli əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə "Azəraeronaviqasiya" HHİ-nin və Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" FDUM-un rəhbərləri əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Görüşdə tərəflər son illərdə hava daşımalarının həcminin artdığını və buna görə təhlükəsiz və keyfiyyətli hava naviqasiyası xidmətlərinin göstərilməsinin iki təşkilatın əməkdaşlığında vacib istiqamət olduğunu qeyd ediblər.

Memorandumun imzalanması gələcəkdə hava hərəkətinin idarə edilməsi problemlərinin həlli üçün müasir texnologiyaların hazırlanması və tətbiqində milli aeronaviqasiya xidmətləri təchizatçılarının birgə fəaliyyətinə töhfə verəcək.

“Bu memorandum hava gəmilərinin təhlükəsizliyinin təmin edilməsi və hava naviqasiyası sisteminin keyfiyyətinin artırılması sahəsində qarşılıqlı dəstəyin bariz nümunəsidir. Bu, həmçinin hava məkanından səmərəli istifadə sahəsində beynəlxalq tələblərin çevik şəkildə tətbiq edilməsinə imkan verəcək", – Fərhan Quliyev qeyd edib.

Qeyd edək ki, qonşu dövlətlərlə sıx əməkdaşlıq və təcrübə mübadiləsi "Azəraeronaviqasiya" HHİ-nin strateji hədəfi – dünya hava naviqasiya sisteminə uyğunlaşması və davamlı texniki və texnoloji inkişaf yolu ilə inteqrasiya olmasında mühüm rol oynayır.

“Biz azərbaycanlı həmkarlarımızla əməkdaşlığın genişlənməsini alqışlayırıq. Belə yanaşma bizə yaxın gələcəkdə artan hava hərəkəti fonunda ortaya çıxan qlobal və lokal problemləri birgə və səmərəli şəkildə həll etməyə imkan verəcək", – İqor Moiseyenko qeyd edib.

“Azəraeronaviqasiya” HHİ Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsini həyata keçirir. AZANS hər gün 500-dən çox hava gəmisinə xidmət göstərir, onlardan 300 hava gəmisi Azərbaycan ərazisindən keçən tranzit reyslər yerinə yetirir.

"Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" FDUM Rusiya Federasiyası Hökumətinin fərmanı əsasında mülki aviasiya uçuşlarının təhlükəsizliyinin və müntəzəmliliyinin təmin edilməsi, hava nəqliyyatının təşkilində vahid iqtisadi sistemin formalaşdırılması məqsədi ilə yaradılıb.

1news.az

Paylaş:
960

Son xəbərlər

İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00
Bütün xəbərlər