Azərbaycanda lüks avtomobil “saxla” əmri verən polisi vurdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda lüks avtomobil “saxla” əmri verən polisi vurdu

15:21 - 14 / 04 / 2020
Azərbaycanda lüks avtomobil “saxla” əmri verən polisi vurdu

Bu gün saat 12 radələrində Bakı-Qazax avtomagistralının Hacıqabul rayonundan keçən hissəsində xüsusi karantin rejimi ilə əlaqədar polis tərəfindən qurulmuş postda insident baş verib.

1news.az-ın məlumatına görə, Qazax istiqamətində hərəkət edən "Mercedes S Class 500" markalı lüks avtomobil polisin "saxla" əmrinə tabe olmayıb.

10-00-018 dövlət nömrə nişanlı lüks avtomobil sürətlə hərəkət edərək, onu saxlamağa çalışan polisi vurub.

Polis serjantı dərhal həmkarlarının köməyi ilə xəstəxanaya aparılıb.

Əraziyə post-patrul xidməti əməkdaşları cəlb edilib və hadisəni törədən sürücü saxlanılıb.

1news.az

 

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər