Azərbaycanda 3 aylıq ərzaq ehtiyatı var – RƏSMİ

“Bizim bu gün 3 aylıq ərzaq ehtiyatımız var”.
1news.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirdiyi brifinq zamanı Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib:
“Hətta 6 aylıq müddətə də özümüzü sığortalamış vəziyyətdəyik. Ona görə də ərzaqla bağlı hər hansı problemimiz olmayacaq. Artıq qeyd etdik ki, tədbirlər planı qeyd olunub, həmin tədbirlər planında bəzən adamlar başqa istiqamə gedirlər, amma həmin tədbirlər planı təkcə sosial müdafiəni nəzərdə tutmur, sosial müdafiəni, iqtisadiyyatı gücləndirmək vasitəsilə nəzərdə tutur. Yəni orada investisiya yatırmaq istiqamətləri də göstərilib və göstərilib ki, hətta pandemiya dövründə iqtisadi itkilərə məruz qalanlara yarım milyard manata qədər kreditlər veriləcək. Həmin Kreditlərin böyük hissəsinin ödənişini dövlət öz üzərinə götürəcək. Ona görə də bizim iqtisadi itkilərimizin minimallaşdırılması gözlənilir”.
Qafar Ağayev