Azərbaycanın İstanbuldakı baş konsulu: Demək olar ki, bütün konsulluq əməkdaşları mənimlə birlikdə aeroportdadırlar | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın İstanbuldakı baş konsulu: Demək olar ki, bütün konsulluq əməkdaşları mənimlə birlikdə aeroportdadırlar

21:15 - 15 / 03 / 2020
Azərbaycanın İstanbuldakı baş konsulu: Demək olar ki, bütün konsulluq əməkdaşları mənimlə birlikdə aeroportdadırlar

Koronavirus pandemiyası bütün dünya əhalisinin cansağlığına ciddi təhlükə yaratdığı kimi, həmçinin insanların hərəkətində məhdudiyyətlərə də səbəb olub.

Azərbaycan bu vəziyyətdə də istisna deyil və buna görə də tətbiq olunan məhdudiyyətlər səbəbindən vətənə geri dönə bilməyən – hazırda Türkiyədən vətəndaşlarının problemlərini həll etmək üçün təcili tədbirlər görür.

Belə ki, Azərbaycanla Türkiyə arasında hava səyahətinin müvəqqəti dayandırılması qərarı ilə əlaqədar olaraq, Azərbaycan Milli Aviadaşıyıcısı – AZAL vətəndaşlarımızı oradan geri qaytarmaq üçün Türkiyəyə çarter reysləri təşkil edir. Beləliklə, bu gün, 15 mart 474 Azərbaycan vətəndaşı İstanbuldan Bakıya gəlir. Digər çarter reysi 16 mart, bazar ertəsi gününə planlaşdırılıb. Yaxın günlərdə AZAL Ankara və Antalyaya da çarter reysləri açacaq.

Hazırda İstanbul hava limanında olan Azərbaycan vətəndaşları barədə məlumat almaq üçün 1news.az xəbər agentliyi Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Məsim Hacıyevlə əlaqə saxladı.

- Hazırda İstanbul aeroportunda neçə Azərbaycan vətəndaşı vətənə dönməyi gözləyir? Onların əhvalı necədir, təlaşa məruz qalıblar?

- Hazırda hava limanında “Azərbaycan Hava Yolları”nın bileti əllərində təxminən 100-150 Azərbaycan vətəndaşı var. Burada daha əvvəl Türk Hava Yollarından bilet alanlar da var. İnsanlar uçuşların ləğvi və geri dönməyin mümkün olmamasından çox narahatdırlar.

- Hazırda Baş Konsulluğun əməkdaşları haradadır, hava limanında vətəndaşlarımıza lazımi köməklik göstərilirmi?

- Dünəndən (14 mart) bəri, demək olar ki, bütün konsulluq əməkdaşları mənimlə birlikdə hava limanında, vətəndaşlarımızın yanındadırlar. Konsulluqda "qaynar xətt" zənglərinə cavab verən növbətçi qalıb. Bizlər vətəndaşlarımıza kömək etmək üçün hava limanındayıq və onlara hər cür kömək edirik.

- Bildiyiniz kimi, hökumət adından Azərbaycan milli hava daşıyıcısı vətəndaşlarımızı vətənə qaytarmaq üçün Türkiyəyə çarter reysləri təşkil edir. Bəs Türk Hava Yollarından bilet alan vətəndaşlarımız necə olacaq?

- "Azərbaycan Hava Yolları"nın təyyarələrinə bilet almış şəxslər heç bir problem olmadan çarter reysləri vasitəsilə geri qayıdacaqlar. Türk Hava Yollarından bilet alanlar biletləri geri qaytarmalı və “Azərbaycan Hava Yolları”nın biletlərini almalıdırlar.

Hazırda AZAL-ın təyyarələri buradadır və artıq uçuş üçün qeydiyyat başlayıb. Vətəndaşların Azərbaycana qaytıtması üçün başqa reyslər də olacaq.

- Vətənə qayıtmaq üçün əvvəlcədən bilet almış vətəndaşların sayı barədə məlumatınız var?

- Qeyd etdiyim kimi, hazırda burada 150-yə yaxın vətəndaşımız var, ancaq onların sayı 200-250-ə qədər arta bilər. Çünki insanlar müxtəlif günlərə bilet alıblar. Buna görə hava limanına gələn Azərbaycan vətəndaşlarının sayının artacağı ehtimalı var.

1news.az

Paylaş:
1465

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər