Bahar Muradova: Ölkədə bütün istiqamətlərdə ciddi islahatlar həyata keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Bahar Muradova: Ölkədə bütün istiqamətlərdə ciddi islahatlar həyata keçirilir

15:18 - 13 / 09 / 2019
Bahar Muradova: Ölkədə bütün istiqamətlərdə ciddi islahatlar həyata keçirilir

Sentyabrın 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi.

1news.az xəbər verir ki, Milli Məclis Sədrinin müavini, komitə sədri Bahar Muradova 2019-cu ilin payız sessiyasının başlaması münasibəti ilə deputatları təbrik etdi, onlara işlərində uğurlar arzuladı.

Vitse-spiker son dövrdə ölkəmizdə əldə edilən nailiyyətlərdən söhbət açaraq, bu uğurların qazanılmasında Prezident İlham Əliyevin rolunu xüsusi vurğuladı. Bildirildi ki, ölkədə bütün istiqamətlərdə ciddi islahatlar həyata keçirilir. İqtisadi, sosial, humanitar sahələri əhatə edən bu islahatlar inqilabi xarakter daşıyır və əhalinin rifah halının yaxşılaşdırılmasına müsbət təsir göstərir.

Sonra Bahar Muradova gündəlikdəki məsələlər barədə məlumat verdi. Əvvəlcə, komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyasında fəaliyyəti barədə hesabat təqdim olundu. Bildirildi ki, sessiya ərzində 10 iclas keçirilib, 18 məsələ müzakirə olunub. Komitə tərəfindən Milli Məclisə tövsiyə edilən 16 qanun layihəsi qəbul olunub. Bunlardan “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Antikorrupsiya Orqanlarının və Ombudsmanların əməkdaşlığı üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Mərkəzinin (RCCACO) Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanunları qeyd etmək olar.

Qeyd edildi ki, hesabat dövründə komitəyə 800 müraciət daxil olub. Komitə rəhbərliyi tərəfindən 124 vətəndaş qəbul edilib. 620 məktub baxılması üçün aidiyyəti üzrə göndərilib. Nəzarətə alınaraq göndərilən 236 ərizədən 217-nə yazılı cavab verilib.
Sonra 2019-cu il payız sessiyası üçün komitənin iş planı barədə söhbət açıldı. Diqqətə çatdırıldı ki, növbəti sessiyada Milli Məclisə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanun və qərar layihələrinə dair rəy hazırlanması, beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri ilə əməkdaşlığın inkişaf etdirilməsi, ölkədaxili və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Millət vəkilləri Tahir Kərimli, Elman Nəsirov, Yevda Abramov, Hikmət Babaoğlu, Flora Qasımova çıxış edərək komitənin 2019-cu ilin yaz və növbədənkanar sessiyalarında fəaliyyətini qənaətbəxş hesab etdilər, 2019-cu ilin payız sessiyası üçün iş planını müsbət dəyərləndirdilər, cari məsələlərlə bağlı fikirlərini bölüşdülər.

Sonra iclasda “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi haqqında məlumat verildi.

Bildirildi ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna edilən dəyişikliklərə əsasən, 1.0.8-ci maddədə “psixi” sözü “psixoloji” sözü ilə əvəz edilir, 7.0.1-ci, 15.0.5-ci, 19.2.3-cü maddələrdə “reabilitasiya” sözündən sonra “və psixoloji korreksiya” sözləri, 8.0.6-cı maddədə isə “psixoloji” sözündən əvvəl “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada” sözləri əlavə olunur. Layihəyə daxil olan digər qanunlara da müvafiq düzəlişlər edilib.
Diqqətə çatdırıldı ki, yuxarıda adı çəkilən qanunlarda nəzərdə tutulan dəyişikliklər “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli qanunu ilə əlaqədardır.

Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə olundu.

1news.az

 

 

Paylaş:
801

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər