Bakıda iki yeni Porsche təqdim olundu – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda iki yeni Porsche təqdim olundu – FOTO – VİDEO

10:30 - 18 / 10 / 2019
Bakıda iki yeni Porsche təqdim olundu – FOTO – VİDEO

12 oktyabr tarixində Porsche Bakı Mərkəzi Porsche sevərlərə iki yeni model təqdim etdi: Cayenne Coupe və Panamera 4 E-Hybrid.

Cayenne Coupe yerli bazarda populyar olan Cayenne modelinin yeni, kupeyə bənzər kuzova malik modifikasiyasıdır. Yeni modelin əsas fərqləndirici elementləri – daha mailli ön şüşə və arxa hissədir. Cayenne Coupe aktiv spoyleri olan dünyada yeganə SUV avtomobilidir. Sürət 90 km/s aşdıqda spoyler 135 millimetrədək qalxaraq, avtomobilin arxa təkərlərini yükləyərək mükəmməl idarəetməni təmin edir. Sport Chrono paketi, 2,16 kvadrat metr sahəyə malik panorama tipli şüşə tavan və idmansayağı oturacaqlar bu yeni avtomobilin artıq standart təchizatına daxildir.

Təqdim olunan ikinci avtomobil Porsche Panamera 4 E-Hybrid iki güc aqreqatına malikdir. Bunlardan biri 136 at güclü elektrik motordur. Yalnız bu motorun vasitəsilə avtomobil 140 km/s-dək sürətlənə bilər. Elektrik enerjisi ilə qət edilə biləcək məsafə isə 51 km təşkil edir. İkinci aqreqat 330 at güclü 2,9 litrlik benzin biturbo mühərrikdir. İki mühərrik birgə çalışdıqda ümumilikdə 462 at gücü hasil edirlər ki, bu da 278 km/s maksimal sürətə nail olmaq imkanı verir. Sıfırdan saatda 100 kilometr sürəti isə cəmi 4,6 saniyəyə yığmaq mümkündür. Hibrid avtomobil olduğundan orta yanacaq sərfiyyatı 100 kilometrə cəmi 2,5 litr təşkil edir.

Hibrid Panameranın salonunda xüsusi, hibrid konsepsiyalı monitor və rejim dəyişdiricisi mövcuddur. E-Power rejimində yalnız elektromotor çalışır, yanacaq sərf olunmur. Hibrid Auto rejimində elektronika elektrik motorun optimal rejimini hərəkət rejiminə və nəzərdə tutulmuş marşruta görə tənzimləyir. Sport və Sport Plus rejimi və Sport Response düyməsi isə digər modellərdə olduğu kimi avtomobilin sistemlərini maksimal performansa kökləyir.

Yeni modellərlə bağlı daha ətraflı məlumat üçün Porsche Bakı Mərkəzinə müraciət edə bilərsiniz.

Porsche Bakı Mərkəzi

Mikayıl Əliyev, 7

Telefon: *0911

Reklam hüququnda

 

Paylaş:
881

Son xəbərlər

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21
Bütün xəbərlər