Bakıya gələcək milliləri doğru təxmin et – 2 bilet qazan! | 1news.az | Xəbərlər
İdman

Bakıya gələcək milliləri doğru təxmin et – 2 bilet qazan!

13:56 - 29 / 11 / 2019
Bakıya gələcək milliləri doğru təxmin et – 2 bilet qazan!

Avro-2020-nin 3 qrup və bir 1/4 final mərhələsi oyununa ev sahibliyi edəcək Bakı azarkeşlərə böyük futbol həyəcanını yenidən yaşadır. İndi hər kəsin gözü noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək final mərhələsinin püşkatma mərasimindədir.

Püşkatma nəticəsində Bakıya gələcək milli komandaların adları bəlli olacaq.

Püşkatmaya olan marağı nəzərə alaraq, futbolda təxminlərinə güvənənlər üçün https://euro2020.affa.az/az/prediktor/ saytında xüsusi bölmə yaradılıb. Futbol intiusiyanız sizi yanıltmırsa və Bakıya gələcək millilərin adlarını doğru təxmin edəcəyinizi düşünürsünüzsə, o zaman bu oyun sizin üçündür!

Yalnız noyabrın 28-dən 30-dək https://euro2020.affa.az/az/prediktor/ saytına daxil olaraq qeydiyyatdan keçirsiniz və təxminləriniz əsasında Bakıya gələcək milli komandaların adlarını qeyd edirsiniz. Püşkatmadan sonra, dekabrın 2-də doğru təxmin yazan iştirakçılar arasında təsadüfi seçim aparılacaq. Adı qaliblər sırasında çıxan ilk 5 nəfərə Avro-2020-nin Bakıda keçiriləcək oyunlarından birinə 2 bilet hədiyyə olunacaq.

Təxminlərlə bağlı qeydlərimiz

Bakı A qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə birlikdə ev sahibliyi edəcək. Azərbaycan milli komandası turnirin final mərhələsinə vəsiqə qazanmadığı üçün İtaliya millisi hər üç oyununu öz meydanında keçirəcək.

Bundan əlavə, Millətlər Liqasının 4 pley-off qalibi A qrupuna düşə bilməz. Bu səbəbdən dördüncü səbətdən Finlandiya və ya Uels millisi paytaxtımızda qonaq olacaq. Birinci səbətdən heç bir milli komanda A qrupunda yer ala bilməz. Çünki artıq İtaliya millisi birinci səbətdən A qrupunda yerini təmin edib. Eyni zamanda, ikinci səbətdən Rusiya və Danimarka, üçüncü səbətdən isə Niderland ev sahibi ölkələr olduqları üçün artıq yer aldıqları qruplar bəllidir.

Biz əsas nüansları qeyd etdik, indi növbə sizindir. Təxminlərinizi qeyd edin və Bakıda keçiriləcək futbol bayramının bir hissəsi olun.

Milli komandalar hansı səbətdədir?

Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi öncəsi səbətlərin tərkibi müəyyənləşib. Turnirdə iştirak edəcək 24 komanda 4 səbətə bölünüb. AÇ-2020-yə Millətlər Liqası vasitəsilə vəsiqə qazanacaq 4 komanda 4-cü torbada olacaq.

Rusiya və Danimarka milliləri turnirin ev sahibləri kimi avtomatik olaraq çempionatın B qrupunda yer alıblar. Final mərhələsinin püşkatma səbətlərinin tərkibi təsnifat turnirinin yekunlarına əsasən komandaların reytinqi əsasında müəyyən olunub. Seçmə mərhələnin bütün oyunlarında qələbə qazanmış Belçika və İtaliya milliləri İngiltərə, İspaniya, Ukrayna və Almaniya komandaları ilə birlikdə birinci səbətdə yer alıblar. İtaliya, İngiltərə, İspaniya və Rusiya Avropa çempionatının ev sahibləridir. Rusiya və Ukrayna milliləri püşkatma zamanı ayrı-ayrı qruplara salınacaq. Beləliklə, Belçika avtomatik olaraq Rusiya millisi ilə eyni qrupa düşəcək.

İkinci səbətdə Rusiya millisi ilə bərabər, Fransa, Polşa, İsveçrə, Xorvatiya və Niderland komandaları təmsil olunublar. Üçüncü səbətə Danimarka, Portuqaliya, Türkiyə, Avstriya, İsveç və Çexiya komandaları daxil olub. Dördüncü səbətdə Uels və Finlandiya yığmaları, habelə Millətlər Liqasının təmsilçiləri arasında pley-offun dörd qalibi təmsil olunacaq.

Səbətlərin tərkibi belədir:

1-ci səbət: Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna

2-ci səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya

3-cü səbət: Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya

4-cü səbət: Uels, Finlandiya, Millətlər Liqasından gələcək 4 komanda

Püşkatma mərasimi noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək. Mərasim ROMEXPO sərgi mərkəzində olacaq və Mərkəzi Avropa vaxtı ilə 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.

Kim iştirak edir?

Turnirdə 24 komanda 6 qrupda mübarizə aparacaq. Öz qrupunda ilk iki yeri tutan komandalar, habelə üçüncü yerləri tutmuş dörd ən yaxşı komanda 1/8 finala çıxacaqlar.

Bir sözlə, təsnifat mərhələsinin (2019-cu ilin noyabrında başa çatıb) 10 qrupunda birinci və ikinci yerləri tutmuş komandalar, həmçinin pley-off oyunlarının (2020-ci ilin martında keçiriləcək) dörd qalibi iştirak edəcəklər. Sonuncular püşkatmada "Pley-off oyunlarının qalibi 1", "Pley-off oyunlarının qalibi 2", "Pley-off oyunlarının qalibi 3" və "Pley-off oyunlarının qalibi 4" kimi təqdim olunacaqlar.

 

Püşkatma proseduru necədir?

24 komanda hər birində 4 ölkə olmaqla, 6 qrupa bölünəcək. avro-2020-nin ev sahibləri cütlüklərə bölünərək bir qrupa yerləşdiriləcək. Bütün digər məhdudiyyətləri və səpələnməni püşkatmadan əvvəl elan edəcəklər.

Səpələnmə necə müəyyən olunacaq?

Səpələnmə reytinq əsasında və təsnifatın nəticələrinə görə bu meyarlara əsasən müəyyən olunur:

  1. a) Qrupda yekun yer
  2. b) Xallar
  3. c) Vurulan və buraxılan topların fərqi
  4. d) Vurulan toplar
  5. e) Səfərdə vurulan qollar
  6. f) Qələbələrin sayı
  7. g) Səfər qələbələrinin sayı
  8. h) Daha aşağı intizam göstəricisi (qırmızı vərəqəyə görə 3 xal, o cümlədən ikinci xəbərdarlığa görə avtomatik olaraq alınan qırmızı vərəqəyə və sarı vərəqəyə görə 1 xal)
  9. i) Millətlət Liqasının reytinqi (Millətlər Liqasının reqlamenti)

Pley-off oyunlarının qalibləri dördüncü səpələnmə səbətinə düşəcəklər.

Niyə bəzi komandalar üçün artıq qruplar bəllidir?

Final mərhələsinə çıxa bilən Avro-2020-nin meydan sahibləri olan millilər avtomatik olaraq öz meydanlarında ən azı iki oyun keçirmək üçün müvafiq qruplara düşəcəklər.

A qrupu: İtaliya, Azərbaycan

B qrupu: Rusiya, Danimarka

C qrupu: Niderland, Rumıniya

D qrupu: İngiltərə, Şotlandiya

E qrupu: İspaniya, İrlandiya

F qrupu: Almaniya, Macarıstan

Əgər qrupdakı hər iki meydan sahibi Avro-2020-yə çıxsalar, onların görüşünün harada olacağını müəyyən etmək üçün püşk atılacaq. Əgər meydan sahiblərindən hansısa pley-off mərhələsində oynasa, əlavə püşkatmaya da ehtiyac ola bilər.

Final mərhələsi necə keçəcək?

Açılış oyunu Romada iyunun 12-də olacaq və Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da başlayacaq. Qrup mərhələsi iyunun 24-də başa çatacaq, bir gündə 4-ə qədər oyun olacaq. Oyunların vaxtları sonra bildiriləcək; üçüncü turda hər qrupun oyunları eyni vaxtda keçiriləcək. 1/8 finala hər qrupdan iki güclü yığma və dörd üçüncü yer sahibi çıxacaq. Yarımfinallar və final Londonun "Uembli" stadionunda keçiriləcək.

Final mərhələsinin təqvimi ilə buradan tanış olun.

Hardan izləyək?

İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi yayım hüququna yiyələnib.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq final mərhələsinin püşkatma mərasimini İctimai Televiziya vasitəsilə canlı izləyə biləcəksiniz.

1news.az

Paylaş:
1016

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər