Tennis üzrə Azərbaycan birinciliyi başa çatıb | 1news.az | Xəbərlər
İdman

Tennis üzrə Azərbaycan birinciliyi başa çatıb

Qafar Ağayev17:00 - 13 / 04 / 2024
Tennis üzrə Azərbaycan birinciliyi başa çatıb

Tennis üzrə ölkə birinciliyi başa çatıb.

Azərbaycan Tennis Federasiyasından 1news.az-a verilən məlumata görə, yarışda müxtəlif yaş kateqoriyalarında 46 tennisçi mübarizə aparıb.

8-10 yaşlı oğlanlar arasında 1-ci yeri Heydər Əsgərəlizadə, 2-ci yeri Daniil Morozkov, 3-cü yeri Anar Şahkərimov tutub.

11-12 yaşlı oğlanlarda Murad Behbud, Cavid Məmmdəli, Raul Yüzbaşov, 13-16 yaşlılarda isə Artem Mikoliuk, Tamerlan Kərimov, Nazim Məlikov ilk üçlükdə qərarlaşıb.

8-10 yaşlı qızlardan İnci Orman, Rania Hacıyeva, Banu Rəfiyeva, 11-12 yaşlı qızlar arasında Cəmilə Hüseynzadə, Aylin Həsənova, Melissa Məlikova, 13-16 yaşlılarda isə Tansu Qədirli, Nurel Əliyeva və Mədinə Qurbanova mükafatçılar sırasına düşüb.

Paylaş:
887

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər