Caspian Energy Club Qarabağ nümayəndəliyinin yaradılmasına başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Caspian Energy Club Qarabağ nümayəndəliyinin yaradılmasına başladı

14:25 - 23 / 11 / 2020
Caspian Energy Club Qarabağ nümayəndəliyinin yaradılmasına başladı

Caspian Energy Club-un üzvlərinin “Qarabağ Azərbaycandır!” mövzusunda ümumi toplantısı keçirilib. Caspian Energy Club-un üzvlərinin “Qarabağ Azərbaycandır!” mövzusunda ümumi toplantısı keçirilib.

1news.az-ın məlumatına görə, ümumi iclas çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin abadlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Caspian Energy Club üzvləri Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyevin Caspian Energy Club-un Qarabağda və işğaldan azad olunmuş bütün rayon mərkəzlərində daimi nümayəndəliklərinin yaradılması təklifini yekdilliklə dəstəkləyiblər. Bu nümayəndəliklər potensial investor və beynəlxalq şirkətlər üçün sahə biznes-forumların, biznes-tur və onlayn təqdimatların təşkili ilə məşğul olacaq. Həmin nümayəndəliklərə Qarabağdan çıxmış, həmçinin işğaldan azad olunmuş ərazilərdə infrastrukturun və həyat fəaliyyətini tənzimləyən bütün sahələrin abadlaşdırılmasını sərbəst şəkildə investisiyalaşdırmağa və bu prosesdə şəxsən iştirak etməyə hazır olan sahibkarlar rəhbərlik edəcəklər.

Sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakıda yerləşir, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Qarabağ Azərbaycandır!

Biz birlikdə güclüyük!

1news.az

 

Paylaş:
433

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər