Ceyhun Bayramovun Ermənistanın qanunsuz fəaliyyəti barədə məktubu BMT sənədi kimi dərc olunub | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramovun Ermənistanın qanunsuz fəaliyyəti barədə məktubu BMT sənədi kimi dərc olunub

10:57 - 18 / 09 / 2020
Ceyhun Bayramovun Ermənistanın qanunsuz fəaliyyəti barədə məktubu BMT sənədi kimi dərc olunub

Xarici İşlər naziri Ceyhun Bayramovun bu ilin 31 avqust tarixində Ermənistanın aqressiv ritorikası və Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qeyri-qanuni fəaliyyətinə dair BMT Baş katibi Antonio Quterreşə ünvanlandığı məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi dərc olunaraq yayılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 1news.az-a verilən məlumata görə, məktubda Xarici İşlər naziri bu ilin 12-16 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində silahlı hücum cəhdi nəticəsində siyasi və hərbi məqsədlərinə nail olmayan Ermənistanın son dərəcə təxribatçı bəyanatları və fəaliyyəti ilə təcavüzkar siyasətini davam etdirdiyinə diqqəti yönəldir.

Burada, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini, eləcə də Mingəçevir Su Elektrik Stansiyası və digər mühüm əhəmiyyətli mülki infrastrukturları vurmaqla hədələmək, beləliklə də azərbaycanlı mülki əhalini terrorizə etmək siyasəti, Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik vəziyyəti dəyişmək siyasəti və bu xüsusda, Livan ermənilərinin bu ərazilərdə qeyri-qanuni məskunlaşdırılması, eləcə də işğal olunmuş ərazilərdə işğalçı ölkə tərəfindən yaradılmış oyuncaq qurumun bəzi qondarma “strukturlarını” Xankəndidən Şuşaya köçürmək niyyəti, işğal olunmuş ərazilərdə infrastruktur dəyişiklikləri, o cümlədən Azərbaycanın işğal olunmuş əraziləri ilə Ermənistanı birləşdirən yeni yolun çəkilməsi, habelə işğalçı ölkənin ekoloji terror siyasəti və Azərbaycanlı mülki əhalini sudan məhrum etməsi kimi konkret faktlar əsasında Ermənistanın ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında həyata keçirilən danışıqlar prosesindən sui-istifadə etdiyi və ilhaqçı siyasəti həyata keçirdiyi BMT Baş katibinin diqqətinə çatdırılır.

Xarici İşlər naziri Ceyhun Bayramov BMT Baş katibini Ermənistanı aqressiv təxribatçı ritorikadan çəkindirmək, işğal olunmuş ərazilərin fiziki, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsinə yönəlik fəaliyyətlərini dayandırmaq, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrini çıxarmaqla beynəlxalq hüquq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün bütün lazımi addımları atmağa çağırır.

Sənədlə https://undocs.org/a/74/1003 ünvanında tanış olmaq olar.

Qafar Ağayev

Paylaş:
672

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər