Çinli həkimlər koronavirusla mübarizə üçün Azərbaycana gəlir | 1news.az | Xəbərlər
Cəmiyyət

Çinli həkimlər koronavirusla mübarizə üçün Azərbaycana gəlir

17:06 - 16 / 07 / 2020
Çinli həkimlər koronavirusla mübarizə üçün Azərbaycana gəlir

Çinin koronavirusla mübarizə sahəsində ixtisaslaşmış həkimləri ölkəmizdə pandemiya ilə mübarizəyə cəlb ediləcək.

1news.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib

Ə.Əsədov bildirib: "Sizin və hörmətli Mehriban xanımın göstərişi ilə Türkiyə, Rusiya və Kubadan olan böyük təcrübəyə malik tibb mütəxəssislərindən ibarət heyətin Azərbaycana gətirilməsi və xəstəxanalarda bizim həkimlərlə birgə işləməsi təşkil olunub. Həmçinin Çin Xalq Respublikası Hökuməti ilə aparılmış danışıqlara və müraciətimizə müvafiq olaraq Çinin bu sahədə ixtisaslaşmış həkimləri və ekspertlərindən ibarət tibbi heyət ölkəmizdə pandemiya ilə mübarizəyə və bizim həkimlərlə təcrübə mübadiləsinə cəlb ediləcək.

Sizin həkimlərin əməyinə və fədakarlığına daim yüksək qiymət verməyinizin ifadəsi olaraq imzaladığınız Sərəncama əsasən koronavirusla əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə onların əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavə müəyyən edilib. Mart-iyun ayları ərzində bu tədbirlərdə iştirak edən işçilərin əməkhaqları dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına təmin olunub. Ümumiyyətlə, koronavirus pandemiyasının qarşısının alınması və onunla mübarizə üçün səhiyyə sahəsinə 250 milyon manatdan artıq vəsait ayrılıb".

1news.az

Paylaş:
569

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər