1news.az

Düşmənin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır – Anar Eyvazov

21 Oktyabr saat 19:14 ~ 1 dəqiqəlik oxu 1480
Düşmənin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır – Anar Eyvazov

Ordumuz tərəfindən aparılan əks hücum əməliyyatlarında ermənilərin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu döyüşdə əsl qəhrənanlıq nümayiş etdirir: "Azərbaycan əsgəri Ali Baş Komandanının hər çıxışından güc alır və döyüş meydanında əsl peşəkarlıq və qəhrəmanlıq göstərir, düşmənə layiqli cavab verir. Düşmənin mövqeləri darmadağın edilir. Torpaqlarımız tezliklə işğaldan azad ediləcək. Qələbə bizimlədir".

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net