Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanda möhtəşəm dəyişikliklərin tarixidir | 1news.az | Xəbərlər
Siyasət

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanda möhtəşəm dəyişikliklərin tarixidir

11:34 - 20 / 11 / 2019
Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanda möhtəşəm dəyişikliklərin tarixidir

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün yaratdığı Yeni Azərbaycan Partiyasının ölkəmizin tarixində yerini məhz bu cür müəyyənləşdirmişdi.

Partiyanın yaranmasından artıq 27 il keçir. Noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının növbəti ildönümü qeyd olunacaq. Ötən illər Heydər Əliyevin bir çox ideyaları kimi, Yeni Azərbaycan Partiyasının gələcəyin partiyası olacağı haqqında fikirlərinin də böyük uzaqgörənlik nümunəsi olduğunu sübuta yetirib”.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə YAP sədrinin müavini – İcra katibi Əli Əhmədov özünün Facebook səhifəsində yazıb.

Ə.Əhmədov qeyd edib ki, keçən əsrin 90-cı illəri Azərbaycanın tarixinə həm şanlı, həm də qara səhifələr kimi daxil olub.

“Dövlət müstəqilliyinin bərqərar olması, xalqın çoxdan arzuladığı azadlığa qovuşması tariximizin şanlı səhifələrini təşkil etdiyi halda, ölkəmizin erməni təcavüzünə məruz qalması, 20 faiz torpaqlarımızın işğal olunması, minlərlə vətəndaşımızın həlak olması onun qara səhifəsidir. Ancaq təəssüf hissi ilə bildirməliyəm ki, yaşamağa məhkum edildiyimiz qara, təlatümlü günlər yalnız yuxarıda deyilənlərlə məhdudlaşmır. 1992-ci ildə xalq hərəkatı dalğası üzərində hakimiyyətə gələnlərin ölkəyə və xalqa yaşatdırdığı müsibətlər qeyd olunanlardan heç də az tünd rəngdə deyil. İqtisadiyyatın talan edilməsi, iş yerlərinin kütləvi surətdə bağlanması, 1600 faizə çatan hiperinflyasiya, Bakının tükürpədən simasına çevrilmiş çörək növbələri, xaos, anarxiya, dərəbəylik, siyasi qeyri-müəyyənlik və qeyri-sabitlik insanların yaşamaq ümidlərini bütünlüklə qırmışdı. Şimalda və cənubda baş qaldırıb tüğyan edən separatçılıq dövlətin müstəqilliyi və ölkənin bütövlüyü üçün ciddi təhdidə çevrilmişdi.

Yeni Azərbaycan Partiyası belə bir zamanda yarandı, onun qurucusu və lideri Heydər Əliyev ümidsizliyə qapanmış ölkəyə ümid verdi, tarixi xilaskarlıq missiyasını öz çiyinləri üzərinə götürdü. Qısa vaxtda yuxarıda sadalanan böhranlar, təlatümlər, təhlükələr aradan qaldırıldı. Azərbaycan yenidən canlandı, ayaq üzərinə qalxdı, ölkədə iqtisadi və siyasi islahatlar keçirildi, ən əsası isə insanlar müstəqilliyin və azadlığın faydalarını görməyə başladı, xalq isə sözün həqiqi mənasında öz taleyinin sahibi oldu.

Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın iqtisadiyyatının möhtəşəm inkişafı, insanların rifahının yaxşılaşması, ölkənin simasının inanılmaz dərəcədə müasirləşməsi və yaxşılaşması, ordumuzun qüdrətinin artması, dünya miqyasında nüfuzunun yüksəlməsi və daha nə qədər tarixi möhtəşəm dəyişikliklərin tarixidir. 2003-cü ildən bu yana keçən illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ağlagəlməz sosial-iqtisadi və mədəni sıçrayışı, dünyanın ən dinamik iqtisadiyyatı, ən islahatçı dövləti, çiçəklənən ölkəsi adını qazanması, bir çox mötəbər reytinqlərdə ən layiqli yer tutması müasir tariximizin ən parlaq səhifələri kimi yaddaşlara həkk olunub. Azərbaycan indi bütün yer kürəsində bu cür tanınır, sayılır və hörmət edilir”, - deyə o əlavə edib.

İcra katibi vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının tarixi kimi bu günü də parlaq və qürurvericidir: “Həyatımızın ən böyük neməti olan müstəqillik və təhlükəsizlik göz bəbəyi kimi qorunur. Ölkəmizin dünyada ən sabit və təhlükəsiz ölkələrdən biri olması insanlarımızın qürur və rahatlıq mənbəyidir. İnkişaf, tərəqqi, müasirləşmə Azərbaycanın həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Hər yerdə inkişaf, hər yerdə yeniləşmə müşahidə olunmaqdadır. Şərəfli tarixi, parlaq bu günü ilə qürur duyan Yeni Azərbaycan Partiyasının ən böyük avantajı onun gələcəyidir. 27 il bundan əvvəl insanlarımız Azərbaycanın gələcəyini Yeni Azərbaycan Partiyasında gördükləri kimi indi də parlaq gələcəyini onunla bağlayır. Prezident İlham Əliyevə olan inam, onun siyasətinin uğurları Azərbaycanın gələcəyə doğru inamlı addımlarının sınanmış yol xəritəsidir. Bu yol bizi daha böyük nailiyyətlərə, daha firavan gələcəyə, daha qüdrətli dövlətə doğru aparır. İnamla getdiyimiz yolda qarşımıza tör-töküntülər də çıxır. Onların əksəriyyəti tariximizin qaranlıq səhifəsini təşkil edən 1992-1993-cü illərdən qalmadır, alaq otu kimi ayaqlara dolaşır. Xalqın etimadını qazana bilməyən bu zatlar böhtan atmağı, qara yaxmağı, yalan və şayiələr uydurmağı özlərinə peşə seçiblər. Heç bir işıqlı ideyaların daşıyıcısı olmamaları bir yana qalsın, cəmiyyətdə mənəviyyatsızlığın baş təbliğatçısına çevriliblər. Müasir informasiya texnologiyalarının yaratdığı fürsətdən istifadə edərək anonim şəkildə insanlara qarşı mənəvi terror təşkil edir, şəxsiyyətini və ləyaqətini aşağılamağa çalışır, sanki bundan həzz alırlar. Qeyri-ixtiyari yadıma onların natamamlıq kompleksi və bir də Azərbaycanın müasir məğrur yüksəlişində ayaqlara dolaşan o zamandan qalan tör-töküntülərə 1993-cü ildə xalqın mütləq əksəriyyətinin dərin nifrəti düşür. Aradan 26 il keçməsinə baxmayaraq o nifrət hələ də unudulmayıb.

Gələcək tör-töküntülər deyil, sağlam köklər üzərində qərar tutub yüksəlir. Bu sağlam kökləri isə özündə Yeni Azərbaycan Partiyası ehtiva edir. Azərbaycanın parlaq gələcəyi Yeni Azərbaycan Partiyasındadır.

Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə başda partiyanın Sədri cənab İlham Əliyev, Sədrin müavini Mehriban xanım olmaqla, bütün təşkilat üzvlərini təbrik edir, ölkəmizin firavan gələcəyi naminə onlara yeni-yeni nailiyyətlər arzulayıram”.

S.Xankişiyeva

 

 

Paylaş:
292

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər