Erməni terroru – ümumbəşəri bəla – TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

Erməni terroru – ümumbəşəri bəla – TƏHLİL

14:47 - 21 / 10 / 2020
Erməni terroru – ümumbəşəri bəla – TƏHLİL

İnsanlıq və şərəf məfhumunun  nə olduğunu  bilməyən, terror dövləti olan Ermənistan Beynəlxalq Humanitar Hüquq, Cenevrə konvensiyalarını kobud şəkildə pozur, qadınlara, uşaqlara qarşı silahlı hücumlar həyata keçirir, evləri, məscid və qəbirstanlıqları bombardıman edir.

Tarixçi Qurko Knyajin özünün də mənsub olduğu erməni milləti haqqında 1926-cı ildə dərc olunmuş məqaləsində belə deyir: "Erməni mühacirlərinin keçmiş günahlarını boyunlarına alaraq,  pis əməllərindən əl çəkib vətənə dönəcəklərinə inanıram. Sovet işğalından sonra Daşnaksütyun ölümə məhkumdur".

Təəssüflər olsun ki, tarix bunun tam əksini göstərdi. Erməni terror təşkilatı çirkin əməllərini hələ də davam etdirməkdədirlər.

Cənubi Qafqaz və Anadoluya köçürülən ermənilər zaman-zaman bu regionda öz işğalçı niyyətlərini həyata keçirmiş, silahlı iğtişaşlar törətmişlər. Onların apardıqları etnik təmizləmə nəticəsində azərbaycanlılar 200 ildir ki, doğma yurd yuvalarından didərgin salınıblar. Erməni vandallığının, qeyri-insani siyasətinin nəticəsində minlərlə tarixi-mədəni abidələrimiz viran qoyulubdur.

Böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, Batum müqaviləsinə əsasən 9 min kv km ərazisi olan Ermənistan apardığı terrorçuluq fəaliyyəti nəticəsində ərazilərini  genişləndirmiş, qədim Azərbaycan torpaqlarını öz nəzarəti altına almışdır.

Ermənilər kimdir?

Erməni dilinin Qafqaz dilləri ailəsinə aidiyyatı yoxdur. Onların kim olduqlarını və harada təşəkkül tapdıqlarını Manuk Abeqyan daha dəqiq və düzgün ifadə etmişdir: “Erməni xalqının əsili nədir; necə və nə vaxt, haradan və hansı yollarla buraya (İrəvan torpaqlarına) gəlib, erməni olmazdan əvvəl və sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə, etnik tərkibinə kim necə təsir göstərib? Bizim əlimizdə bunları sübuta yetirən aydın və dəqiq dəlillər yoxdur”.

Ermənilər son iki əsrdə Rusiyanın havadarlığı ilə qədim türk torpaqlarını ələ keçirmək üçün hər cür təxribatlara əl atmış, saysız terror aktları həyata keçirmişlər. Bu da bir danılmaz faktdır ki, Rusiya imperatoru I Pyotrun ermənilərin Qafqaza, o cümlədən Azərbaycana köçürülməsində əvəzsiz xidmətləri olmuşdur.

Ermənilər dəfələrlə azərbaycanlılara qarşı soyqırımı törətmiş, xalqımızı tarixi- etnik torpaqlarından deportasiya etdikdən sonra, eyni vaxtda mənəvi- mədəni soyqırım həyata keçirmiş, türk mənşəli toponimləri erməniləşdirmişlər.

Erməni terror təşkilatları - Daşnaksütyun

1890-cı ildə Tiflisdə yaradılan Daşnaksütyun partiyası ən mütəşəkkil və amansız erməni siyasi təşkilatlarındandır. Bu partiyanın dırnaq arası fədailəri "Erməni torpağı qanla suvarılmasa, haylar heç bir şey əldə edə bilməzlər"- şüarını rəhbər tutur, silahlı təxribatlar yolu ilə məskunlaşdıqları dövlətlərin ərazi bütövlüyünü pozur, "Böyük Ermənistan" dövlətini yaratmaq istəyirlər.

Onlar tarixi Osmanlı İmperiyasının ermənilər yaşayan ərazilərinə qaçaq silah, sürsatın göndərilməsini təşkil etməklə öz əqidədaşlarının türk hökumətinə qarşı silanlandırılmasını həyata keçiriblər.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli, Azərbaycan Xalq Cümhuriyyətinin Xarici işlər naziri Fətəli xan Xoyski, Osmanlı İmperiyasının Daxili işlər naziri Tələt paşa, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər naziri Behbud xan Cavanşir, Osmanlı İmperiyasının Hərbi naziri Ənvər paşa  bu terror hərəkatı tərəfindən qətlə yetirilmiş, Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadimi və ziyalıları ermənilərin hədəfinə çevrilmişdilər.

Daşnaklar 1983-cü ilin iyun ayında Avropanın mərkəzində - Parisin Orli aeroportunda 8 nəfərin ölümü və 50-dək insanın yaralanması ilə nəticələnmiş terror aktı həyata keçiriblər.

Daşnaksütyun partiyasının “Dro” terror qrupunun üzvü Qrant Markaryan Dağlıq Qarabağda terrorçu dəstələri yaratmış, Ermənistana köçürülmüş terrorçu qrupların silahlandırılmasında fəal iştirak etmişdir.

Həmçinin ermənilər 1994-cü il martın 19-da və iyulun 3-də Bakı Metropoliteninin 20 yanvar və 28 may metro stansiyalarında Ermənistanın xüsusi xidmət orqanlarının  rəhbərliyi, erməni separatçılarının və həmçinin yazıçı Zori Balayanın ideoloji təşkilatçılığı ilə terror aktları həyata keçiriblər.

Moskvada yaradılmış "Erməni birliyi" terror təşkilatı, ABŞ, Kanada və Qərbi Avropada "Demokratik cəbhə", Fransada "Orli qrupu" kimi erməni terror təşkilatları bu günə kimi fəaliyyət göstərir.

Terror təşkilatlarının ən qorxulusu rəsmi qərargahı Beyrutda yerləşən "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu", yəni ASALA-dır. Suriya, Livan və Cənubi Yəmən Respublikasında terrorçular hazırlamaq üçün düşərgələrdə təlim keçən ASALA üzvləri öz fəaliyyətini maliyyələşdirməkdən ötrü qaçaqmalçılıq və narkotik maddələr daşınması ilə məşğul olur.

Qərbi Avropada “ASALA-nın inqilabi hərəkatı” adlı qruplaşmasının rəhbəri, 1981-ci ildə Türkiyənin Romadakı səfirinə sui-qəsd etdiyinə görə Monte Melkonyan həbs olunmuşdur.

Tarixdən də göründüyü kimi istər keçmişdə, istərsə də bu gün Ermənistanın gerçək üzü terrorçuluq, irqçilik və işğalçılıqdır.

Xocalı soyqırımı - qanlı gecə

1992-ci il fevralın 25-dən 26-na keçən gecə daşnaklar Xocalı şəhərində qocaya, uşağa, qadına məhəl qoymadan  soyqırım törətdib, şəhəri yandırdılar. Onlar yaralılara aman vermir, meyitləri eybəcər hala salır, qadınları təhqir edirdilər. Beləliklə, 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub.

Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur. Bu dəhşətli soyqırımı törədənlər məsuliyyətə cəlb edilməmiş, cinayətkarlar hələ də cəzasız qalmışlar.

Daşnaksütyunun xələfi

Daşnaksütyun partiyası Ermənistan parlamentinə 1 may 2018-ci ildə yeni baş nazirin seçilməsi üçün keçirilən iclasda birbaşa Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləsə də, qısa müddət sonra atdığı bu addımdan peşman olur. Çox keçmir ki, elə həmin Daşnaksütyun partiyası Paşinyanın siyasi fəaliyyətinin Qarabağ danışıqları üçün təhlükə adlandırır. Belə ki, daşnaklar hər zaman Qarabağ probleminin həlində sülhə qarşı olub. Vaxtı ilə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması, parlament sədri Karen Dəmirçiyanın və onun müavinlərinin parlamentdə güllələnərək öldürülməsini Daşnaksütyun həyata keçirmişdir. Şübhəsiz ki, hazırda ermənilərin ölkəmizə qarşı apardığı hərbi təcavüzün maliyyə və mənəvi dəstəkçiləri elə uşaq qatilləri olan daşnaklardır.

Qarabağ Azərbaycandır!

Nikol Paşinyanın Xankəndində sərxoş vəziyyətdə "Qarabağ Ermənistandır və nöqtə" kimi sərsəm çıxışına dövlətimiz və xalqımızın lideri Prezident İlham Əliyev "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" deməklə öz möhtəşəm cavabını verdi.

BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çox bir vaxtda hələ yerinə yetirilmədiyindən "şir ürəyi yemiş" Ermənistan yeni torpaqlar işğal etmək məqsədi ilə atəşkəsi pozaraq 2020-ci il 27 sentyabr tarixində səhər saatlarından etibarən cəbhəboyu mövqeləri və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur.

Erməni terrorunun növbəti hədəfi - Gəncə

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunmasına, yenidən humanitar atəşkəs rejiminin 18 oktyabr saat 00:00-dan təkrarlanmasına  baxmayaraq, Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud şəkildə pozmuşdur.

Oktyabr ayının 11-i və 17-də Ermənistan silahlı qüvvələri Gəncə şəhərində yerləşən yaşayış binalarına qadağan olunmuş Elbrus Əməliyyat-Taktiki Ballistik Raketi ilə zərbələr endirmişdir. Terror aktı nəticəsində dünyasını dəyişənlərin 3-ü azyaşlı olmaqla, 10-dan çox şəxs həyatını itirmiş, 50 nəfər yaralanmışdır.

Erməni vandallarının yaşayış məntəqələrimizi raketlə vurması nəticəsində üç məktəbli həlak olmuşdur.

Gəncə şəhərində mülki əhalinin raket hücumuna məruz qalması növbəti erməni terrorunun bariz nümunəsidir. Ermənistanın torpaqlarımıza qarşı hərbi təxribatları bu günki günə kimi davam etməkdədir.

Birmənalı olaraq Azərbaycan xalqı dünya birliyindən Ermənistan qoşunlarının bütün işğal olunmuş ərazilərimizdən çıxarılması və məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarına qayıtmasını tələb edir!.

Seyid Aynur

Paylaş:
632

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər