Ermənistan Silahlı Qüvvələri Ağdamda məktəb binasını atəşə tutub - FOTO
Oktyabrın 26-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub. Nəticədə məktəbə ciddi ziyan dəyib.
Bu barədə 1news.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Qaradağlı kənd tam orta məktəbində 400 şagird təhsil alır, 43 müəllim pedaqoji fəaliyyətlə məşğuldur.
Bu günədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib.
Qafar Ağayev
458