General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olunub – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olunub – FOTO – YENİLƏNİB

10:11 - 15 / 07 / 2020
General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olunub – FOTO – YENİLƏNİB

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunub.

"Report" xəbər verir ki, insan izdihamı müşahidə edilən dəfn mərasimində hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.

10.01

Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov İkinci Fəxri xiyabanda dəfn olunub.

"Report" xəbər verir ki, insan izdihamı müşahidə edilən Xiyabanda hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, general-mayor Polad Həşimov dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.

S.Xankişiyeva

Paylaş:
1167

Son xəbərlər

Bütün xəbərlər