“Gilan Holding” 3 Beynəlxalq Biznes Mükafatına layiq görüldü – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Gilan Holding” 3 Beynəlxalq Biznes Mükafatına layiq görüldü – FOTO

11:00 - 23 / 10 / 2018
“Gilan Holding” 3 Beynəlxalq Biznes Mükafatına layiq görüldü – FOTO

Azərbaycan iqtisadiyyatının inkişafında xüsusi rolu olan “Gilan Holding”  dünyanın ən nüfuzlu Beynəlxalq Biznes Müsabiqəsinin (İBA) qalibi olub. “Gilan Holding” 3 müxtəlif nominasiya üzrə “Stevie Awards” beynəlxalq biznes mükafatının sahibi olub.

Qaliblərin adları 2 aydan çox davam edən müsabiqə sayəsində müəyyənləşib. Beynəlxalq Biznes Müsabiqəsinə 74 ölkədən 4 minə yaxın təşkilat və fərd tərəfindən müraciət daxil olub. Nəticədə “Stevie” mükafatının sahibləri 12 münsiflər komissiyasının tərkibinə daxil olan 270 şirkət rəhbərinin verdiyi qiymət nəticəsində müəyyənləşib.

Nəticələrə görə, “Gilan Holding” 15-ci Beynəlxalq Biznes Müsabiqəsində “İlin qadını”, “Avropada ilin korporativ sosial məsuliyyət proqramı” və “İlin kommunikasiya departamenti” kateqoriyaları üzrə “Stevie” Beynəlxalq Biznes Mükafatını qazanıb.

Biznesmenlər arasında “İlin qadını” Gümüş mükafatı Azərbaycanda işguzar qadınlara örnək olduğuna görə “Gilan Retail” qrupunun rəhbəri  Gülnar Həsənovaya təqdim olunub.

İkinci mükafat – Bürünc “Stevie” mükafatı “Cəmiyyətə, gənc insanlara və iqtisadiyyata töhfə” (“Comitted to community, young people and economy”) nominasiyası üzrə Avropada ilin ən yaxşı korporativ sosial məsuliyyət proqramı ilə fərqləndiyinə görə “Gilan Holding”ə təqdim olunub.

“Gilan Holding” həmçinin “İlin kommunikasiya departamenti” kateqoriyası üzrə növbəti bürünc mükafatın sahibi olub. Şirkət “Daxili kommunikasiya və xarici əlaqələrin qurulması” (“Streamlining internal communications & reaching out externally”)  nominasiyası üzrə uğurlarına görə bu bürünc mükafatı qazanıb.

Qaliblərin mükafatlandırma mərasimi oktyabrın 20-də  Londonda baş tutub. Qala-gecə Inter Continental London Park Lane otelində keçirilib. Mükafatları “Gilan Retail “ portfelinin rəhbəri Gulnar Həsənova və  “Gilan Holding”-in Marketinq və Kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Məmmədov qəbul edib. 

Mükafatlandırma mərasimində çıxış edən “Stevie Awards” mükafatının yaradıcısı və prezidenti Maykl Qallaxer qeyd edib ki, bu il beynəlxalq biznes müsabiqəsində qalib çıxanlar indiyədək mükafat alanlar arasında səviyyəsinə görə ən yüksək qrupa aid oluna bilər.

“Biz, münsiflərdən minimal orta balı qaldırmağı xahiş etmişdik. Odur ki, 2018-ci ilin qalibləri öz uğur və nailiyyətlərinə görə daha çox qürur duymalıdırlar”, - deyə Maykl Qallaxer bildirib.

Qaliblər arasında “Gilan Holding”in  yer alması və 3 mükafat sahibi olması təsadüfi deyil. 1987-ci ildən etibarən fəaliyyət göstərən “Gilan Holding” əsasən kənd təsərrüfatı, tikinti, turizm  və pərakəndə sektorunda fəaliyyət göstərir. Qeyri-neft sektorunda iri layihələrə sərmayə yatıran şirkət daim müxtəlif yerli və beynəlxalq layihələrin keçirilməsinə dəstək olur, gənclərin inkişafına yardım göstərir, idman klublarının, stadionların və təsislərin qurulmasına kömək etməklə Azərbaycanda idman hərəkatının inkişafına töhfə verməyə çalışır.

Korporativ Sosial Məsuliyyət konsepsiyası “Gilan Holding” fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Şirkət təkcə insanları yüksək standartlara cavab verən məhsulla təmin etmir, həm də Korporativ Sosial Məsuliyyət öhdəliyi olaraq hər bir yeni layihəsi ilə xeyli sayda iş yerləri yaradır və ölkə üzrə işsizliyin azalmasında iştirak edir. Ölkədə məşğulluğun artmasına və həmçinin tələbələrə dəstək olan şirkət bu sahədəki fəaliyyətinə görə ADA Universiteti tərəfindən “Ən aktiv işəgötürən” (“Most Active Employer”) sertifikatı ilə təltif olunub.

İnşaat, turizm və sənaye sahələri üzrə dünya liderlərindən biri olmağı hədəfləyən “Gilan Holding”  Azərbaycan məhsullarının istehsalını artırılması və dünya bazarında çıxarılmasını təmin edir. Biznesdəki uğurlarına görə şirkət ötən il “Business Times” jurnalı tərəfindən Azərbaycanda “İlin Holdinqi” seçilib.

“Gilan Holding”in bu dəfə də Beynəlxalq Biznes Müsabiqəsinin qalibi olması, gümüş və iki bürünc mükafata layiq görülməsi şirkətin əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Qeyd edək ki, “Stevie” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin bütün dünyaya  tanıdılması, onların təcrübəsinin paylaşmasına nail olmaqdır. “Stevie” ilk dəfə 2002-ci ildə “American Business Awards” mükafatı adı ilə təqdim olunub. Bir il sonra isə “International Business Awards” təsis edilib. Növbəti illərdə uğurlu qadın biznesmenlərə, daha sonra müştəri xidmətləri ilə fərqlənən qurumlara “Stevie” mükafatı təqdim edilib. Hazırda “Stevie” dünya işgüzar aləmində ən mötəbər mükafatlardan biri sayılır. Qaliblər qiymətli metallardan hazırlanmış heykəlcik, sertifikat və medalla təltif olunurlar.

Reklam hüququnda

Paylaş:
632

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər