1news.az

Gürcüstanın yeni baş konsulu XİN-də qəbul edilib

10 İyul saat 14:59 bir dəqiqəlik oxu 204
Gürcüstanın yeni baş konsulu XİN-də qəbul edilib

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Gürcüstanın yeni təyin edilmiş baş konsulu Nikoloz İaşvili ilə görüşüb.  

1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş zamanı Nikoloz İaşvili baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

Pərvin Mirzəzadə baş konsul Nikoloz İaşviliyə gələcək fəaliyyətində uğurlar arzulayıb.  

Görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı strateji münasibətlərinin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparıldı.

1news.az

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net