Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olundu

10:08 - 06 / 12 / 2019
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olundu

Amerikada yaşayan həmyerlimiz, əslən Nehrəm kəndindən olan Nəimi Amiral Amerika ordusunda yüksək vəzifəyə təyin olunub.

1news.az xəbər verir ki, bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat yayıb.

Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələrində xidmət edən "Con" ləqəbli komandir, həmyerlimiz Nəimi Amiral Pentaqonda ABŞ Dəniz Qüvvələrinin Baş Ofisində Avropa və NATO Əlaqələri şöbəsinə rəhbərlik edəcək.

Həmyerlimizin namizədliyi ABŞ Senatı tərəfindən 2019-cu il 22 noyabr tarixində təsdiq olunub.

1news.az

Paylaş:
512

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər