Heydər Əliyev Beynəlxalq Aeroportu ötən ilin dekabr ayının ən punktual aviaşirkətlərini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Heydər Əliyev Beynəlxalq Aeroportu ötən ilin dekabr ayının ən punktual aviaşirkətlərini açıqlayıb

14:45 - 14 / 01 / 2020
Heydər Əliyev Beynəlxalq Aeroportu ötən ilin dekabr ayının ən punktual aviaşirkətlərini açıqlayıb

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin dekabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda 1news.az-a verilən məlumata görə, 2019-cu ilin dekabr ayı ərzində Bakıdan yola düşərkən üç aviaşirkət – “Etihad Airways”, “Kuwait Airways” və “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları) 100% punktuallıq göstərilib.

Məlumata əsasən, “Aeroflot” və “Gulf Air” aviaşirkətləri planlaşdırılmış uçuşların ən azı 90%-ni cədvələ uyğun yerinə yetirmişdirlər. “Nordwind” (88,9%) və “Lufthansa” (88,2%) aviaşirkətləri həmçinin yüksək nəticələr göstərib.

Ümumilikdə, 2019-cu ilin dekabr ayı ərzində uçuşların 75%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilib.

Qeyd edək ki, ümumilikdə 2019-cu ilin dekabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 60-dan çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 37 sərnişin aviaşirkətinə xidmət göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

S.Xankişiyeva

 

Paylaş:
1325

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər