1news.az

İbrahim Məmmədov: “Azərbaycanda fövqəladə vəziyyət elan oluna bilər”

2 Aprel saat 12:36 ~ 1 dəqiqəlik oxu 244
İbrahim Məmmədov: “Azərbaycanda fövqəladə vəziyyət elan oluna bilər”

Azərbaycanda fövqəladə hal elan oluna bilər.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, pandemiya ilə bağlı vəziyyət yaxşı deyil:

"Ölkədə yayılma halları var. Xüsusi karantin qərarı elan olunub. Amma buna baxmayaraq, yoluxma halları sağalma sayından çoxdur. Buna görə də əhalini evdə oturtmağa çalışırıq. Çünki cəmi 26 nəfər sağalıb, amma yoluxma halı 300-dən artıqdır. Əgər bu hal davam edərsə, fövqəladə vəziyyət elan oluna bilər. Amma biz çalşmalıyıq ki, yoluxma halları artmasın".

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net