1news.az

İngiltərədə baş məşqçiyə 24 il həbs cəzası verildi

14 İyun saat 15:59 ~ 1 dəqiqəlik oxu 275
İngiltərədə baş məşqçiyə 24 il həbs cəzası verildi

İngiltərənin "Southempton" və "Peterborough" klublarının gənclər komandalarının sabiq baş məşqçisi Bob Hiqqins həbs olunub. 

1news.az Goal.az-a istinadən xəbər verir ki, o, yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinsi təcavüzə görə 24 il 6 ay azadlıqdan məhrum edilib. 

Bildirilib ki, hər iki klubun akademiyasında olan 24 yeniyetmə təcavüzə məruz qalıb. 66 yaşlı məşqçi 1971-ci ildən 1996-cı ilə qədər 45 dəfə etdiyi hərəkətlərə görə ittiham olunub. Hiqqins ötən il başqa bir ittiham üzrə məhkum edilib. 

Zərərçəkənlər məhkəmədə məşqçinin onlara etdikləri barədə danışıblar. 

1news.az 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net