“İrşad Electronics” “YAŞAT” Fonduna 50.000 manat vəsait köçürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

“İrşad Electronics” “YAŞAT” Fonduna 50.000 manat vəsait köçürdü

15:00 - 25 / 01 / 2021
“İrşad Electronics” “YAŞAT” Fonduna 50.000 manat vəsait köçürdü

“İrşad Electronics” II Qarabağ döyüşləri zamanı şəhid ailələrinin və yaralanan qazilərin zəruri ehtiyaclarının təmin edilməsi məqsədi ilə dövlət başçısının fərmanı ilə yaradılmış “YAŞAT” fonduna 50.000 manat vəasit köçürdü.

Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Qeyd edək ki, “İrşad Electronics” II Qarabağ döyüşləri müddətində bir çox sosial layihələri ilə fərqlənib. Şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini dondurub. Zəfər döyüşləri müddətində şəhid olan, yaralanan hərbçilərin kredit borclarını isə tam silib. Həmçinin, Qarabağ uğrunda döyüşlərdə yaralanan hərbçilərimizin  və səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 100 ailəyə 30 000 manat həcmində birdəfəlik maddi yardım təqdim edib. Ordumuza dəstək olmaq məqsədi ilə “İrşad Electronics” Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat vəsait köçürüb, cəbhə bölgəsində çətin dağlıq şəraitdə xidmət edən hərbiçilərimizə 20.000 manat dəyərində isti geyim yola salıb.

Bununla kifayətlənməyən şirkət yaralı qazilərimizə 100 ədəd mobil telefon bağışlayıb. Həmçinin həmrəylik günü ərəfəsində 100 şəhid övladının təhsilinə dəstək naminə 100 ədəd planşet hədiyyə etdi. Müharibə müddətində mülki vətəndaşlara edilən hücum nəticəsində hər iki valideyninin itirmiş, Gəncə sakinləri Xədicə və Nilayı isə 18 yaşınadək himayəsinə götürüb.

Reklam hüququnda

 

Paylaş:
592

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər