İtaliyanın sabiq xarici işlər naziri: Münaqişənin nizamlanmasında BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri əsas təşkil etməlidir | 1news.az | Xəbərlər
Siyasət

İtaliyanın sabiq xarici işlər naziri: Münaqişənin nizamlanmasında BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri əsas təşkil etməlidir

20:52 - 14 / 07 / 2020
İtaliyanın sabiq xarici işlər naziri: Münaqişənin nizamlanmasında BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri əsas təşkil etməlidir

İtaliyanın sabiq xarici işlər naziri, “Marco Pannella” Hüququn Aliliyi Qlobal Komitəsinin prezidenti Culio Terzi və həmin komitənin katibi Matteo Anciolinin Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatlarına dair birgə yazısı İtaliyanın “L’Opinione” qəzetində dərc olunub.

“Ermənistan və Azərbaycan arasında silahlı qarşıdurmalar: rasionallıq və beynəlxalq hüquqa çağırış” başlıqlı yazıda qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında 12 iyul tarixində başlamış silahlı qarşıdurmalar, hansı ki, bunu digər aktorların təhrik etməsi də istisna deyildir, Qafqazda və Avropa qitəsindəki "dondurulmuş münaqişələrdə" uzun müddətdir baş verdiyi kimi - münaqişələrin sülh yolu ilə həllinin diplomatiya, beynəlxalq hüquq və hüquqi mexanizmlərdən istifadə etmək əvəzinə, gücdən istifadə etmək və ən güclünün məntiqinə əsaslanan çıxış yolu ilə həlli məqsədini daşıyır.

Müəlliflər bildirir ki, döyüşlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin üç onillikdir ki, davam edən münaqişənin sonlandırılması məqsədilə Ermənistanla aparılan danışıqlar prosesinin Ermənistan tərəfinin pis niyyəti və destruktivliyi səbəbindən bloklanması faktını pisləməsindən bir neçə gün sonra başlamışdır. “Ermənistan tərəfi əslində status-kvonun, yəni Dağlıq Qarabağ regionunun Ermənistan silahlı qüvvələrinin nəzarəti altında saxlamağa davam etməsinin, birtərəfli qaydada qorunub-saxlanılmasında maraqlı görünür”, deyə yazıda vurulanır.

“Biz qəti şəkildə ümid edirik ki, bu ciddi insidentlər dərhal dayandırılacaq və Ermənistan Azərbaycanla danışıqları bərpa edəcəkdir. Beynəlxalq sənədlər və BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələri, xüsusilə də Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin tətbiqini nəzərdə tutan 1993-cü il tarixli qətnamələr əsas təşkil etməlidir”, deyə müəlliflər bildirirlər.

Yazıda habelə, silahlı qarşıdurmaların baş verdiyi Tovuz rayonu ərazisindən İtaliyaya da neft nəql edən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Cənub Qaz Dəhlizinin başlanğıcını təşkil etməsi baxımından maraq doğuran Cənubi Qafqaz boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin keçdiyi xüsusilə vurğulanır.

Yazı ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

http://www.opinione.it/esteri/2020/07/14/redazione_scontri-armenia-azerbaijan-diritto-internazionale-caucaso-strada-diplomatica-ilham-aliyev-nagorno-karabakh/

 

Paylaş:
805

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər