Karantində toyda iştirak etdiyi üçün Siyavuş Novruzova töhmət verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Karantində toyda iştirak etdiyi üçün Siyavuş Novruzova töhmət verilib

14:15 - 22 / 08 / 2020
Karantində toyda iştirak etdiyi üçün Siyavuş Novruzova töhmət verilib

COVİD-19 pandemiyasının yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozduğuna görə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilib.

YAP-dan APA-ya verilən məlumata görə, Yeni Azərbaycan Partiyası partiyanın bütün üzvlərini tətbiq edilən zəruri karantin rejiminin tələblərinə əməl etməyə, əhalinin sağlamlığına təhlükə yaradan əməllərə yol verməməyə çağırıb.

Qeyd edək ki, keçmiş deputat İlham Əliyevin Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy etməsi ictimaiyyətin kəskin narazılığa səbəb olub. Vətəndaşlar həm mətbuatda, həm də sosial şəbəkələrdə bu addımı kəskin pisləyib, bu əmələ yol verənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar.

Toyda Siyavuş Novruzov və həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva da iştirak edib.

Əlavə edək ki, İ. Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.

Mövzu ilə əlaqədar oxuyun:

Ramiz Mehdiyevin kürəkəni 15 sutka həbs edildi – FOTO – VİDEO

Sabiq deputatın toy edən qudası 15 sutka həbs edildi

Karantində özünə ad günü edən müğənni cərimələndi

S.Xankişiyeva

 

Paylaş:
911

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər