Koronavirusa görə maliyyə yardımı kimlərə veriləcək? - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirusa görə maliyyə yardımı kimlərə veriləcək? - VİDEO

09:48 - 03 / 04 / 2020
Koronavirusa görə maliyyə yardımı kimlərə veriləcək? - VİDEO

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyatına göstərdiyi təsirlər artıb. Yaranmış vəziyyətə Azərbaycan hökuməti çevik reaksiya verərək MDB və region ölkələri arasında ən böyük iqtisadi dəstək proqramını hazırlayıb. Ümumilikdə 10 proqramın maliyyə həcmi 2,5 milyard manatdır. Bu da ümumi daxili məhsulun 3 faizini təşkil edir.

Milli.Az ATV kanalına istinadən xəbər verir ki, dövlət dəstəyinin göstərilməsi üçün 10 proqram hazırlanıb. Birinci və əhatəli olan proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Qiymətləndirmələrə əsasən, baş verən neqativ proseslər 11 fəaliyyət istiqamətinə 100 faiz təsir edib. Bunlar ictimai iaşə, xidmət, turizm, hotellər və Mall-lar, əyləncə, nəqliyyat və digər sahələrdir. Bu sahələrdə fəaliyyət göstərən müəssisələrin əmək haqqı fondunun yarısı dövlət tərəfindən ödəniləcək. Daha 9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalıb. Burada da əmək haqqı fondunun bir hissəsinə dəstək tətbiq ediləcək.

Dövlət dəstəyindən karantin dövründə işçilərini ixtisar etməyən, iş yerlərini və əməkhaqlarını qoruyub saxlamış sahibkarlar yararlana biləcək. Bundan başqa işini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan, fəaliyyətini "ağardan" sahibkarlar dövlət dəstəyi proqramlarından daha çox faydalanacaqlar. İkinci böyük proqram 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. Burada söhbət fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir.

Dövlət koronavirus pandemiyasının ziyan vurdğu sahibkarların kredit ödənişlərinə də dəstək göstərəcək. Bu məqsədlə 2 proqram hazırlanıb. Bunlardan biri 1 milyard manat həcmində olan mövcud kredit portfelinə dəstək proqramıdır. 10 mart tarixindən əvvəl götürülən, vaxtlı-vaxtında indiyədək ödənilən kredit faizlərinin 10 faizi Sahibkarlığın İnkişafı Fondu hesabına ödəniləcək. Növbəti böyük proqram isə yeni verilən kreditlərə şamil edilir.

Pandemiyanın mənfi təsirləri altında olan sahibkarlıq subyeklərinə müxtəlif vergi güzəştləri, tətilləri və imtiyazları veriləcək. Koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürətli inkişaf tempi üçün aparıcı sektorlarından biri olacaq. Bu baxımdan ipoteka kreditlərinə dəstək proqramı da nəzərdə tutulub.

Bundan başqa işsiz vətəndaşlara dəstəyi özündə əks etdirən sosial paket də hazırlanıb. Bu barədə qarşıdakı günlərdə daha ətraflı məlumat veriləcək.

Dəstək proqramları çərçivəsində elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kvt saat həcmində müddətli artırılması, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqının ödənilməsinə, həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək verilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş gedir.

1news.az

 

Paylaş:
621

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər