Koronavirusa yoluxan ATU-nun şöbə müdiri Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirusa yoluxan ATU-nun şöbə müdiri Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib

13:12 - 09 / 07 / 2020
Koronavirusa yoluxan ATU-nun şöbə müdiri Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib

Koronavirusa yoluxan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev müalicəninn daha effektli və sürətli aparılması üçün daha müasir avadanlıq, EKMO cihazının olduğu Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib.

1news.az-ın verdiyi xəbərə görə, universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanov bildirib ki, C.Paşayevin səhhəti universitet rəhbərliyinin nəzarəti altındadır:

"Cavid Paşayev aprelin 1-dən etibarən ATU Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsində ən ağır koronaviruslu xəstələrin qulluğunda dayanıb, bu müddət ərzində yüzlərlə xəstənin həyatını xilas edib. C.Paşayev həm də daim maarifləndirmə işini aparıb, sosial şəbəkələrdəki hesabından insanlara qorunmağın vacib olduğunu yazıb. İşdən sonra digər xəstəxanalara köməyə gedən həkim C.Paşayev yoluxma sayının artdığı son dönəmdə daha gərgin işləyib və nəticədə özü də virusdan qoruna bilməyib. Və indi Cavid Paşayev koronavirusla gərgin mübarizə aparır. Təəssüf ki, son günlər onun səhhəti ağırlaşıb.

C.Paşayevin KT müayinələrinin nəticəsində mənfi dinamika qeyd olunduğundan o, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra Universitet rektorunun iştiraki ilə klinika rəhbərliyi arasında konsilium keçirilib. Aparılan konsiliumda vəziyyətə uyğun olaraq, ATU rektoru Gəray Gəraybəyli ilə Gömrük Tibb Xidməti İdarəsinin rəhbərliyi arasında aparılan danışıqlar əsasında, Cavid Paşayev müalicəninn daha effektli və daha sürətli aparılması üçün daha müasir avadanlıq, EKMO cihazının mövcudluğu nəzərə alınaraq Gömrük Xəstəxanasına yerləşdirilib. C.Paşayevin vəziyyəti hazırda stabil ağır olaraq qalır. Onun durumu, müalicə prosesi bilavasitə universitet rektoru və klinika rəhbərliyinin nəzarəti altlındadır".

Xatırladaq ki, ATU-nun Tədris Cərrahiyyə klinikasının 33 tibb işçisi virusa yoluxub. Onlardan biri də Klinikanın reanimasiya şöbəsinin müdiri Cavid Paşayevdir.

S.Xankişiyeva

 

Paylaş:
500

Son xəbərlər

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ26 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40
Bütün xəbərlər