1news.az

Maska taxmamağa görə cərimələr təsdiq edildi - MƏBLƏĞ

2 İyun saat 13:20 ~ 1 dəqiqəlik oxu 4180
Maska taxmamağa görə cərimələr təsdiq edildi - MƏBLƏĞ

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında koronavirus pandemiyası dövründə maska taxmamağa görə cərimələri müzakirə edilib.

1news.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik parlamentdə üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena vəkarantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

1news.az

Bu məkanlarda qoruyucu tibbi maskaların istifadəsi məcburi oldu - SİYAHI

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net