Milli Məclisin deputatı koronavirusa yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin deputatı koronavirusa yoluxub

16:28 - 20 / 06 / 2020
Milli Məclisin deputatı koronavirusa yoluxub

Milli Məclisin deputatı Sahib Alıyev COVID-19 virusuna yoluxub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə o, Facebook səhifəsində qeyd edi:

“Əziz dostlar, mən burada heç vaxt özümlə və doğmalarımla bağlı nə bəd xəbər, nə də xoş xəbər paylaşmışam.

Haradasa duyğu istismarı və göstəri elementləri gördüyüm üçün bunu etməmişəm. Amma indi elə bir müstəsna vəziyyətdir ki, Milli Məclisin deputatı olaraq bu xəbəri sizinlə bölüşməyə bilmirəm. Nə qədər özümü qorumağa çalışsam da,  çox təəssüf ki, mən də koronavirusa(COVİD-19) yoluxdum. Sizin hər birinizə sağlıq arzulayıram və ümid edirəm ki, insanların daha çox getmək məcburiyyətində qaldıqları obyektlərdəki vəzifəli  şəxslər  virusun bu dərəcədə geniş yayılmasının qarşısını almaq üçün nəhəyət gərəkənləri edəcəklər.

Bir daha hər kəsə can sağlığı arzulayıram, Allah amanında!”

S.Xankişiyeva

 

Paylaş:
751

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər