Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib

15:25 - 30 / 11 / 2020
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib

Noyabrın 30-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, komitə sədri Bəxtiyar Əliyev əvvəlcə iclas iştirakçılarını torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edib. O, sentyabrın 27-də Ermənistanın Azərbaycana hücumlarına qarşı əks-hücuma başlayan şanlı Ordumuzun tarixi Qələbəsindən söhbət açıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətçilik siyasəti, güclü iradəsi və əzmi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın sonda kapitulyasiyaya məcbur edilməsinin xalqımıza xüsusi qürur hissi yaşatdığını deyib.

Onlayn iclasda Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması barədə qəbul etdiyi qərəzli qətnamədən, bunun Azərbaycanın tarixi-mədəni irsinin, təbii resurslarının məhv edilməsinə görə Ermənistanı gözləyən ağır sanksiyalardan işğalçı dövləti qorumaq cəhdi olduğundan danışılıb.

Sonra komitədə “Təhsil haqqında” qanun layihəsinə dəyişiklik edilməsi barədə məsələ müzakirəyə çıxarılıb. Bəxtiyar Əliyev qanuna təklif olunan dəyişikliklər haqqında geniş məlumat verib. Komitə sədri bildirib ki, sənədə edilən dəyişikliklər texniki xarakter daşıyır, qanundakı terminlərin dəqiqləşdirilməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur. Layihədə təhsil haqqında dövlət sənədlərinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” üzərindən formalaşdırılmasının təklif edildiyi qeyd olunub.

Komitə üzvləri Musa Qasımlı, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Ceyhun Məmmədov, Şahin Seyidzadə, Etibar Əliyev sənədlə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

İclasda “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənəd də müzakirə edilib. Bəxtiyar Əliyev qanun layihələrinin qanunvericiliyin təkmilləşdirilməsi, peşə təhsili və ümumi təhsil haqqında dövlət sənədlərinin müvafiq qayda ilə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemi” üzərindən formalaşdırılması məqsədilə hazırlandığını diqqətə çatdırıb.

İclasın sonunda qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.

Qafar Ağayev

Paylaş:
366

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər