“Norm Ustalar Klubu”  2019-cu ilin Milli KSM layihəsi mükafatına layiq görüldü - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Norm Ustalar Klubu”  2019-cu ilin Milli KSM layihəsi mükafatına layiq görüldü - FOTO

11:00 - 17 / 02 / 2020
“Norm Ustalar Klubu”  2019-cu ilin Milli KSM layihəsi mükafatına layiq görüldü - FOTO

Cari ilin 24 yanvar tarixində “Norm” şirkətinin  “Norm Ustalar Klubu” layihəsi ilə qatıldığı 2019  Milli KSM müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

Müsabiqənin komissiya heyətini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOB), Gənclər Təşkilatları Milli Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası, ASAN Xidmət, CSR Europe, CSR Turkey, CSR Azerbaijan, həmçinin PROAKTIV PR Agentliyindən məsul şəxslər təşkil edib.

Müsabiqə  KSM-in ölkəmizdə inkişafı üzrə dövlət siyasətinin, o cümlədən Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq təşkil olunub. Müsabiqədə “Norm”-un həyata keçirdiyi “Ustalar Klubu” layihəsi BMT-nin 12-ci  dayanıqlı inkişaf istiqaməti olan “Məsuliyyətli istehlak və istehsal” istiqaməti üzrə  2019 Milli KSM mükafatına layiq görülüb.

“Norm Ustalar Klubu” layihəsi artıq 2016-cı ildən etibarən “Norm” şirkətinin rəhbərliyi və beynəlxalq araşdırma şirkəti olan “Business Insight International Research Group”-un koordinatorluğu vasitəsilə həyata keçirilir. Layihənin əldə etdiyi uğurlar peşəkar, innovativ və  yüksək ixtisaslı mütəxəssislərin birgə əməyinin nəticəsidir.

Ölkədə həyata keçirilən ən irihəcmli və sosialyönümlü layihələrdən olan “Norm Ustalar Klubu”nun faydaları sadəcə ustalara deyil, həmçinin son müştəriyə, yəni ümumilikdə cəmiyyətə hesablanıb. Məlumdur ki, Norm Sement tərəfindən mütəxəssislərin iştirakı ilə təşkil olunan təlimlərdə  sement və beton sahəsində xüsusi nəzəri və praktiki biliklərə yiyələnmiş, sertifikasiya imtahanlarınından yüksək bal toplamış ustalar daha səmərəli fəaliyyət göstərir və işlərində daha faydalı olurlar. Fərqlənən ustalar il ərzində xüsusi bonuslardan, pulsuz danışıq dəqiqələrindən və dəyərli hədiyyələrdən yararlana bilirlər.

“Norm” şirkətinin peşəkar komandasının dəstəyi ilə təşkil olunan təlimlərdə inşaat ustalarının sadəcə peşə və bacarıqlarının artırılmasına deyil, həmçinin maliyyə savadılığının, tibbi məlumatlılığın artırılması, müştəri münasibətlərinin təkmilləşdirilməsi məsələlərinə üstünlük verir. Belə təlimlərin keçirilməsi ustaların hərtərəfli inkişafına, son müştərinin isə yüksək səviyyəli xidmət əldə etməsinə gətirib çıxarır.

Müştəri yönümlü fəaliyyəti ilə qabaqcıl sıralarda yer alan “Norm Sement”in bundan sonra da ustalara dəstək və qayğısı davam edəcək. Daim öz sosial öhdəliklərinin fərqində olan, cəmiyyətə yararlı və müxtəlif yaş qruplarını əhatə edən sosial layihələr həyata keçirən “Norm Sement”  bu ənənəsini 2020-ci ildə də davam etdirməyi planlaşdırır.

Reklam hüququnda

Paylaş:
1143

Son xəbərlər

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57
Bütün xəbərlər