“One Smart Star Azərbaycan” şirkəti təqaüd proqramı elan edir | 1news.az | Xəbərlər
Cəmiyyət

“One Smart Star Azərbaycan” şirkəti təqaüd proqramı elan edir

09:10 - 28 / 01 / 2021
“One Smart Star Azərbaycan” şirkəti təqaüd proqramı elan edir

Ölkənin bir çox nüfuzlu şirkətlərinin istifadə etdiyi qısa nömrə xidməti “One Smart Star Azərbaycan” sosial məsuliyyətini daim öndə tutaraq Vətən Müharibəsi iştirakçılarına və şəhid ailələrinə dəstəyi davam etdirir.

“One Smart Star Azərbaycan” bu məqsədlə təqaüd proqramı elan edir.

Şirkət elan etdiyi təqaüd proqramı ilə şəhid və qazi ailələrinin övladlarından yüksək bal toplamış, xarici universitetlərə, xüsusilə İsrailin qabaqcıl texnologiya universitetlərinə qəbul olunan tələbələrdən birinin təhsil xərclərini öz öhdəsinə götürür.

Şirkət müasir dünyanın tələbinin texnologiya sahəsində ixtisaslaşmaq və bu sahənin 21-ci əsrdə ölkəmizin dayanıqlı inkişafının təməli olduğunu nəzərə alaraq təqaüd üçün məhz bu sahədə qabaqcıl İsrail universitetlərini seçib. Dünyada “Startup nation”, yəni Startuplar ölkəsi kimi tanınan - innovasiyanın “beşiyi” kimi qəbul olunan İsrail yüksək texnologiya universitetləri ilə fərqlənir. Ölkə adam başına düşən start up-ların sayına görə (hər 1400 adama 1 Start up) dünyada birinci yerdədir və hətta Silikon vadisini də qabaqlayır.

Tələbənin bütün xərclərini ödəyəcək məbləği əhatə edən təqaüd müsabiqə yolu ilə təqdim ediləcək. Müsabiqə şərtləri yaxın vaxtlarda şirkətin koorporativ saytında ( www.ossn.az ) açıqlanacaq.

Şirkət rəsmiləri bildirib ki, gələcəkdə proqramın genişləndirilməsi, İsraillə yanaşı digər ölkələri də əhatə etməsi planlaşdırılır.

“One Smart Star Azərbaycan” həm də ölkəmizin ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə iştirak edən şəhid və qazi ailələrinə dəstək olmaq məqsədilə “YAŞAT” Fonduna 5 min manat köçürüb.

Qeyd edək ki, Şirkət bundan əvvəl də Azərbaycan əsgərinə öz dəstəyini göstərib. Hələ Vətən Müharibəsinin davam etdiyi dövrdə “One Smart Star Azərbaycan” Silahlı Qüvvələrə Yardım Fonduna 5 min manat məbləğində maliyyə yardımı köçürüb.

Xatırladaq ki, One Smart Star (OSS) dünyada sürətlə yayılan, korporativ müştərilərə özlərini rəqiblərindən fərqləndirməyə kömək edən, şirkətin bütün əlaqə məlumatlarını tək, sadə, asan, yaddaqalan ulduzlu nömrədə cəm edən yeni qabaqcıl texnologiyadır. One Smart Star sistemi Azərbaycan daxili biznes sektorunda artıq 10 ilə yaxındır fəaliyyət göstərir.

Reklam hüququnda

Paylaş:
370

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər