1news.az

Prezident İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

31 İyul saat 14:15 ~ 1 dəqiqəlik oxu 4510
Prezident İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqaya təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, təbrikdə deyilir: "Hörmətli xanım Prezident, İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ənənəvi dostluq və sıx əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Cari ilin yanvar ayında Sizinlə Davosda keçən görüşümüzü məmnuniyyətlə xatırlayır, bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının dost İsveçrə xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, İsveçrə Konfederasiyasına daim rifah arzulayıram".

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Rəsmi BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net