1news.az

Qadın evi təmizləyərkən “ACE”dən zəhərlənib öldü

15 May saat 15:02 ~ 1 dəqiqəlik oxu 143
Qadın evi təmizləyərkən “ACE”dən zəhərlənib öldü

Şamaxı rayonunda evdə təmizlik işləri görən qadın kimyəvi zəhərlənmədən vəfat edib.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Qobustan rayonu, Təklə Mirzəbaba kənd sakini 1986-cı il təvəllüdlü Səbinə Musayeva kimyəvi zəhərlənmə diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında daxil olub və orada ölüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, S.Musayeva mayın 13-də yaşadığı evdə "ACE" kimyəvi təmizləyici maddədən istifadə edərək evin mətbəxini təmizlədikdən sonra özünü narahat hiss edib və axşam saatlarında xəstəxanaya yerləşdirilib.

Mayın 14-də səhərə yaxın saat 04 radələrində isə dünyasını dəyişib.

S.Musayevanın ölümünün müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, rayon prokurorluğunda araşdırma aparılır.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net