Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb

Qafar Ağayev16:39 - 01 / 05 / 2024
Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb

Almaniyadan yola çıxaraq motosikletlə Hindistana gedən baykerlər Bakı Limanına çatıb.

1news.az bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, Adrian Rolf və Pfeffer Timo adlı səyyahlar Almaniyadan Avstriya, daha sonra isə Macarıstan, Rumıniya, Bolqarıstan, Türkiyə, Gürcüstandan keçərək Azərbaycana çatıb.

Bu gün gəmi ilə Bakı Limanından Qazaxıstana yola salınacaq turistlərin hədəfi Çin və Hindistandan keçməklə Nepala çatmaqdır.

Paylaş:
197

Son xəbərlər

Bütün xəbərlər