Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub

Qafar Ağayev17:46 - 01 / 05 / 2024
Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub

Böyük Britaniyada hər il may ayının 1-də təşkil edilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” start götürüb.

Dövlət Sərhəd Xidmətindən (DSX) 1news.az-a verilən məlumata görə, Vindzor qəsrinin ərazisində keçirilən tədbirdə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Azərbaycandan Böyük Britaniyaya böyük yol qət etmiş 100 nəfərdən çox nümayəndə heyətimiz iştirak edir.

Nümayəndə heyətimizin tərkibinə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, sü­va­rilər dəstəsi, “Land of Fire” polo komandası daxildir. Təmsilçilərimizin təqdim edəcəyi “Koroğlu” adlı şou-kompozi­siyanın əsasını ta­ma­şaçılara yaxşı tanış olan, burada özünə heyranlar ordusu toplamış, çılğınlığı və gö­zəl­liyi ilə xüsusi seçilən Qarabağ atları, eləcə də ecazkar milli musiqimiz və zərif Azərbaycan rəqsləri təşkil edir.

Şou-kompozisiyada Koroğlu rolunda Azərbaycan Xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov və Əməkdar artist Tural Ağasiyev, Nigar rolunda Əməkdar artisti Afaq Abba­sova və Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin solisti Fatimə Cəfərzadə çıxış edəcəklər.

Milli musiqiin sədaları altında “Sərhədçi” rəqs ansamblının hərarətli rəqs­lərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən, qeyri-adi perfomanslarından ibarət şou-kompozisiyanın kul­minasiya nöqtəsini süvarilər Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması təşkil edir.

Tədbir çərçivəsində təşkil ediləcək Azərbaycan günündə “Heydər Əliyev fon­du”nun dəstəyi ilə tariximiz, mədəniyyətimiz və xalçaçılıq sənətini özündə tərənnüm edən “Azerbaijan Cultural” tenti qurularaq, Azərbaycan naharı təşkil ediləcək və 100-dən çox qonağa milli mətbəximizin nümunələri sərgilənərək, ləziz təamlarımız təqdim olunacaqdır.

Hər gün Kral ailə üzvləri tərəfindən izləniləcək “Vindzor Kral Atçılıq Şousu”nda, nümayəndə heyətimizin çıxışları may ayının 5-dək davam edəcək və arenada tədbiri ümumilikdə 30.000-dən çox tamaşaçının qatılacağı gözlənilir. “Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycan heyətinin kral ailəsinin üzvləri ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, may ayının 4-də saat 19:15-də Azərbaycanın “Land of Fire” komandası ilə Böyük Britanyanın “Guards Polo Club” komandası arasında yoldaşlıq görüşü keçiriləcəkdir.

Paylaş:
155

Son xəbərlər

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin seçmə mərhələnin oyunları üçün heyəti bəlli olubBu gün, 13:21SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri elan olunduBu gün, 13:12Dövlət Xidmətində daşıma şirkətlərinin nümayəndələri ilə görüş keçirilibBu gün, 12:59Musiqi, incəsənət məktəb və mərkəzlərinə şagirdlərin qabiliyyət imtahanları yekunlaşıbBu gün, 12:49Xocavənddə 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıbBu gün, 12:46Sabah 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:36Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edilibBu gün, 12:27Bakıda yeni avtobus marşrutları istifadəyə verildiBu gün, 12:16Xızıda 18 yaşlı qız itkin düşübBu gün, 12:02Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı açıqlandıBu gün, 11:50Filippinin yeni səfiri etimadnaməsi Prezidentə təqdim edibBu gün, 11:37Azərbaycan Prezidenti Kanadanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTOBu gün, 11:29Bu gündən bir sıra kateqoriya üzrə rəy verilmiş hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinəni ƏƏSMN həyata keçirirBu gün, 11:24Azərbaycan Ordusunun zabiti xəstəlikdən vəfat edib - Nazirlikdən AÇIQLAMABu gün, 11:06Şəhərin ən möhtəşəm tədbirinə hazırsınız? - VİDEOBu gün, 11:03Prezident Qırğızıstanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTOBu gün, 11:02Nazir: Bu uzun müddətə təhsil sisteminə öz töhfəsini verəcəkBu gün, 10:50FHN: Ötən sutka 41 yanğına çıxış olub, 6 nəfər xilas edilibBu gün, 10:34Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıbBu gün, 10:18Hərbi Tibb Fakültəsində feldşerlərin buraxılış mərasimi keçirilibBu gün, 10:14
Bütün xəbərlər